Özəl:

İmam Əli (ə) Mədinəyə hicrət və Mədinədə



İmam Əli (ə) Mədinəyə hicrət və Mədinədə
Mədinəyə hicrət
622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır. Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.

Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir.

Mədinədə

Məhəmməd dövrü
Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir.[6][14][50] 622-632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.
  • 15-09-2016, 23:00
  • 533
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər