Özəl:

HZ.Fatimə (s.ə)-ın doğumu və ölümü



HZ.Fatimə (s.ə)-ın doğumu və ölümü
Fatimə Məkkədə Məhəmmədin evində dünyaya gəlib. Ancaq Şiə və Sünni mənbələrində dünyaya gəlişi haqqında müxtəlif fikirlər vardır. Əhli-Sünnə mənbələri Fatimənin təvəllüdünü Məhəmmədin besətindən beş il əvvəl və Kəbənin bərpa olunduğu il kimi qeyd etmişdir.[20] Amma Kuleyni, Üsuli-Kafi kitabında belə yazır: "Zəhranın doğumu besətdən beş il sonra gerçəkləşmişdir."[21] Yaqubi isə belə yazır: "Fatimə vəfat (şəhadət) edəndə 23 yaşında idi."[22] Doğumunun Məhəmmədin besəti ilində olsı fikri eyni zamanda Şeyx Tusinin, Fatimənin Əli ilə ailə quranda yaşının 13 (Hicrətdən beş ay sonra) olduğunu qeyd etdiyi fikirlə də üst-üstə düşür.[23][24] Şiə və Sünni mənbələrində Fatimənin nütfəsinin necə yarandığına dair hədislər var. Mənbələrə görə Məhəmməd Allahın əmri ilə, qırx gecə Xədicədən uzaq durmuş, ibadət və orucla keçən 40 günün ardından və Meraca çıxıb orada cənnət yeməyi, yaxud meyvəsindən yedikdən sonra Xədicənin yanına gəlmiş və o şəkildə Fatimənin nuru Xədicədə qərar qılınmışdır.[25) Şiə və Sünni mənbələri Fatimənin hicrətin 11-ci ilində öldüyü barədə ittifaq etmişlər. Ancaq ay və gün barədə ixtilaf etmişlər. Bu məsələ haqqında bəziləri Fatimənin atasının vəfatından sonra 24 gün yaşadığı və bəziləri isə 8 aya qədər bu sayı uzatmışlar. Şiələr arasında məşhur fikir isə atasından 3 ay sonra dünyadan köçdüyü istiqamətindədir.[26] Məhəmmədin 28 Səfərdə vəfat etdiyi düşünülsə, bu tarix 3 Cəmadiyülaxıra uyğun gəlir.[27] Fatimənin doğum günü haqqındakı fərqli fikirlərin olması, təbii olaraq yaşadığı müddətinin nə qədər olduğunda da ixtilafların olmasına səbəb olur. Bu müddəti 18 ilə 35 arasında qeyd etmişlər. Əgər doğumu Məhəmmədin besətinin 5-ci ilinin Cəmadiyülaxır ayı olaraq götürülsə və ölümü hicrətin 11-ci ilində olsa, bu iki tarix arasındakı fasilə 18 il olur. Bu nəzər şiə imamları Məhəmməd Baqir və Cəfər Sadiqdən nəql edilən iki rəvayətə görədir
  • 12-06-2016, 05:00
  • 381
  • 1
Offline
  • Şərh №: 1
  • 21 iyun 2016 12:51
  • Xəbər sayı: 0
  • Şərh sayı: 13
Allah razi olsun)))))

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər