Özəl:

Kişinin namazda iki çiynindən təkcə birini örtməsi caizdirmi?



Kişinin namazda iki çiynindən təkcə birini örtməsi caizdirmi?
Sual: Kişinin namazda iki çiynindən təkcə birini örtməsi caizdirmi?

Cavab: İki çiyindən birini örtmək Peyğəmbərin (ona salavat və salam olsun) Cabirə dediyi sözlərə əsasən sünnətdir, vacib deyil: "Dar olsa, onunla örtün, geniş olsa, bürün!”[1] Cabir bürüncəyi asılqanda ola-ola izarda namaz qıldı. Bir kişi bunu ona xatırlatdıqda, ona "belə etdim ki, sənin kimi axmaq bunu görsün”.[2], başqa bir rəvayətdə isə "cahillər görsün” – demişdi. Bu, doğru görüşdür. Cumhurun görüşü də belədir. Çiyinlərin üzərində bir geyim olmalıdır. Bu, çiyinlərin övrət olması demək deyil, əksinə, geyimin tam və izarın möhkəm olması üçündür. 

Lakin ən yaxşısı iki paltarın olmasıdır. Çünki bu, örtünməyə və ehtiyatlı olmağa daha yaxındır. Ömər ibn əl-Xəttabın (Allahın ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: "Allah sizə genişlik verirsə, siz də genişləndirin!” Bu, insanın imkanlılıq içərisində olduğu hala dəlalət edir. Ona görə də iki paltar daha yaxşıdır. Ömərin (Allah ondan razı olsun) görüşü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sözlərini təsdiqləyir. Belə ki, bir nəfər Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) "biz bir paltarda namaz qıla bilərikmi?” – deyə soruşduda, o belə demişdi: "Məgər hamınızın iki paltarı varmı?”[3] Bu ona dəlalət edir ki, biri yetərlidir, lakin əgər Allah genişlik və rahatlıq yaratmışdırsa, gərək lazımınca geyinək. Peyğəmbərin "Məgər hamınızın iki paltarı varmı?” sözləri ona dəlalət edir ki, bütün insanların iki paltarı yoxdur. Rəsulullahın (Allahın ona salavatı və salamı olsun) dövründə insanların əksəriyyətinin bir paltarı var idi.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər