Özəl:

Muhəmməd Peyğəmbərimizin (s.ə.v.s) əxlaqından bəzi məqamlar



Muhəmməd Peyğəmbərimizin (s.ə.v.s) əxlaqından bəzi məqamlar
Muhəmməd Peyğəmbərimizin(s.ə.v.s) əxlaqından bəzi məqamları nəzərdən keçirək...

Pis və uyğun olmayan bütün söz və davranışlardan imtina edilməli, xüsusilə cəmiyyət arasında yumşaq və alçaq səslə danışmalı.

Sənə pisliklə davranana qarşı sən yaxşı davran və onu bağışla.

Xidmətində səhv edənlərə qarşı pis rəftar etmə. Vəzifəni lazımınca yerinə yetir və başqalarının haqqını qoru.

Çox gülməməli, çox vaxt təbəssüm edilməlidir.

Zəif və yoxsul insanların ehtiyacını ödə. Ev işlərində ailəyə kömək et.

Israfdan çəkinməklə, xüsusən də cümə günü və bayramlarda geyimə fikir vermək.

Yeyərkən təkəbbürdən uzaq ol. Olanlarla kifayətlən və bir az yeməklə qane ol.

Torpaq qazımaq da olsa çalışmalı və çalışanlara kömək edilməlidir. Təkəbbürdən uzaq olduğuna sevinməlidir. Hədsiz mədh və iltifatdan uzaq olmalı, bundan xoşlanmamalı.

Zarafat da olsa çirkin və pis sözdən uzaq olub çox zarafat etməkdən çəkinməli, başqalarını güldürmək üçün də olsa yalan söz deyilməməlidir.

Hər hansı bir insanı qeyri-səmimi üzlə qarşılama. Insanlara və heyvanlara qarşı mərhəmətli ol ki, Allah da sənə mərhəmətli olsun. Xəsislikdən qorun.

Şübhəsiz ki, bu, Allahın sevmədiyi bir davranışdır. Hər işdə israfdan uzaq ol.

Əsəbdən və əsəbə səbəb olan vəziyyətlərdən uzaq ol. Əsəbiləşdiyin zaman dərhal şeytandan Allaha sığın.

Quranı anlayaraq, düşünərək oxu və onu başqalarından dinlə.

Gözəl qoxuya qarşı etinasız yanaşma. Xüsusilə namazlarda və cəmiyyət arasında gözəl ətir vurun. Mühüm bir sünnə olan misvakdan istifadə edilməyə əhəmiyyət verilməlidir.

Cəsarətli olmalı. Öz əleyhinə də olsa həqiqəti deməkdən çəkinmə. Kim olursa olsun, nəsihətə qarşı diqqətli ol, onu rədd etmə.

Ailənə və övladlarına qarşı ədalətli ol. Onlara olan münasibətində ayrı-seçkilik salma. Hər an aralarında ədalətə diqqət et, birinə digərindən çox üstünlük vermə. Və bütün işlərində ədaləti şüar et.

İnsanların əziyyətlərinə qarşı səbrli ol, onları bağışla ki, Allah da səni bağışlasın. Özünə rəva bildiyini başqalarına da rəva bil.

Ailə üzvlərinlə, qardaşlarınla bir yerdə olduğun zaman və ya onların yanından ayrıldığın zaman onlara salam ver, onların qəlblərini xoş et. Heç vaxt salam verməyi unutma.

Sünnətə uyğun olaraq salam verərkən Əssələmu Aleykum və Rəhmətullahi və Bərəkətuhu ifadəsi tam deyilməlidir...

Sabahınız xeyir və.s kimi sözlərin Salamın yerini almasına yol verilməməlidir..
Offline
  • Şərh №: 1
  • 12 iyun 2016 08:33
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Əsəbdən və əsəbə səbəb olan vəziyyətlərdən uzaq ol. Əsəbiləşdiyin zaman dərhal şeytandan Allaha sığın.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər