Özəl:

Ayətül-kürsi hansı ayədir?



Ayətül-kürsi hansı ayədir?
Qurani-kərimin Bəqərə surəsinin 255-ci ayəsinə, bəzən isə 255, 256 və 257-ci ayələrinə "ayətül-kürsi” deyirlər. 255-ci ayədə "Allahın kür¬sisi” ifadəsi işədildiyi üçün, ona bu ad ve¬rilib. Əslində burada oturmaq üçün istıfadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki "kürsi” ifadəsi Al¬lahın qüdrət və hökmranlığının simvolu kimi işlədilib.
İslam ənənəsində ayətül-kürsidən həm də dua kimi istifadə edilir. Xəstəliklərdən şəfa tapmaq, şərdən amanda qalmaq, ruzini artırmaq, çətin işi həll etmək, qorxunu aradan qaldırmaq və sairə məqsədlər üçün ayətül-kürsini oxuyurlar. Həzrət Mühəmməd Peyğəmbər (s) ayət¬ül-kürsini "Quranın ən əzəmətli ayəsi” adlandırmışdı. Namazdan sonra ayətül-kürsini oxumaq hədislərdə tövsiyə edilib. Rəvayətə görə, Peyğəmbər yatmazdan əvvəl ayətül-kürsi oxuyardı.
Offline
  • Şərh №: 1
  • 13 may 2016 15:01
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Allah razi olsun

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər