Özəl:

İslamda qadının geyim əxlaqı



İslamda qadının geyim əxlaqı
Sual: Son zamanlarda müxtəlif növdə qadın paltarlarının (şalvarlarının) satış həcmi çoxalmışdır. Bilindiyi kimi, qadınlar arasında şalvar geyinmək geniş yayılıb və bu, təhlükəlidir. Hətta şalvar geyinən qadın əks cins tərəfindən ittiham da olunur. Şalvar tikilişi və ya idxalı, yaxud da satışı ilə məşğul olan adam buna görə günah daşıyırmı? Həçinin Allah-Təalanın "Şübhəsiz ki, mömin kişi və qadınları fitnəyə salan, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan atəş əzabı gözləyir”. (əl-Buruc, 10) ayəsi və Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) "kim İslamda pis bir yol açarsa, onun günahı və ondan sonra onu edənlərin günahı, onların günahlarından bir şey əksilmədən onun üzərində olar”[1] – hədisi o kəsə şamil edilirmi? Eləcə də onun satışından qazanılan pul haramdır, yoxsa halal? Və bu cür dükan sahiblərinə və orada işləyənlərə nə tövsiyə edərdiniz?

Cavab: Mən qadının şalvar geyinməyini haram hesab edirəm. Çünki bu hal özünü kişilərə bənzətməkdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) özünü kişilərə bənzədən qadınlara lənət etmişdir. Çünki bu, qadından həya hissini aparır. Çünki o, Cəhənnəm əhlinin geyiminin qapısını açır. Belə ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Cəhənnəm əhlindən iki sinif insan vardır ki, mən onları görməmişəm”. O bunlardan birini qeyd edərək belə demişdi: "Onlar geyinmiş çılpaq qadınlardır. Özləri pis işlərə meyil edər və başqalarını da meyil etdirərlər. Başlarını (saçlarını) dəvənin hörgücü kimi maili edərlər. Onlar nə Cənnətə daxil olacaqlar, nə də onun qoxusunu duyacaqlar”. [2] Onları idxal və ya istehsal etmək halal deyil. Onlardan və haram edilmiş bütün geyimlərdən əldə edilən qazanc haram və qadağandır. Çünki Allah-Təala haram etdiyi bir şeyin qazancını və vasitələrini də haram etmişdir.

Onları satan dükan sahiblərinə tövsiyə edərdim ki, həm özlərinə, həm də cəmiyyətlərinə görə Allahdan qorxsunlar və onların günaha düşməsinə səbəb olmasınlar. Allaha həmd olsun, halal ruzunun qapıları açıqdır. Az halal çoxlu haramdan xeyirlidir. Allah-Təaladan hər kəsi hidayət etməyini diləyirəm

Offline
  • Şərh №: 1
  • 10 may 2016 23:02
  • Xəbər sayı: 78
  • Şərh sayı: 80
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər