Özəl:

Mənə heç bir şeyi şərik qoşma...



Mənə heç bir şeyi şərik qoşma...
"Yadına sal ki, bir zaman İbrahimә Kәbәnin yerini bildirib belә buyurmuşduq:
"Mәnә heç bir şeyi şәrik qoşma, evimi tәvaf edәnlәr, namaza duranlar, rüku edәn vә sәcdәyә
qapananlar üçün tәmizlә!” İnsanları hәccә çağır ki, onlar sәnin yanına (istәr) piyada vә (istәrsә
dә) hәr uzaq yoldan yollanan hәr cür arıq dәvәlәr üstündә gәlsinlәr”. (әl­Hәcc, 22/26­27)
slam dininin beş әsasından biri olan vә ilin müәyyәn günlәrindә ibadәt niyyәti ilә Kәbәni ziyarәt
etmәk mәnasını daşıyan hәcc, hicrәtin doqquzuncu ilindә әmr buyurulub, mal vә bәdәn ilә yerinә
yetirilәn ibadәtdir. Lazımi şәrtlәri daşıyan hәr bir müsәlman bu ibadәti mütlәq yerinә yetirmәyә
borcludur. Belә ki, ayәdә "... gücü çatanların hәcc etmәsi Allahın insanlar üzәrindәki bir
haqqıdır...” (Ali­İmran, 3/97) ifadәsi bu hәqiqәti bizә bildirir.
Hәcc maddi vә mәnәvi, dünyәvi vә üxrәvi, fәrdi vә ictimai tәrәfi olan bir ibadәtdir. O, bir tәrәfdәn
bәndәnin Allaha, peyğәmbәrә, axirәtә, qısaca ­ bütün iman şәrtlәrinә könüldәn bağlanmasının bir
әlamәti olduğu halda, başqa bir tәrәfdәn bizim sәmimiyyәt, sәbir, qardaşlıq, sevgi, hörmәt,
fәdakarlıq, bölüşmә vә s. әxlaqi fәzilәtlәr qazanıb, tәtbiq etmә imkanı tapdığımız bir sahәdir.
Hәcc islamdan әvvәl bilinәn qәdim ibadәtlәrdәn biridir. Kәbә isә Yer kürәsindә Allaha ibadәt üçün
inşa edilәn birinci binadır. Әlaqәdar ayәlәrdәn dә başa düşdüyümüzә görә, hәzrәt İbrahim (ә.s.)
oğlu hәzrәt İsmail (ә.s.) ilә Kәbәnin inşasını başa çatdırdıqdan sonra Uca Rәbbimiz ziyarәt vә
ibadәt edәcәklәri üçün oranı tәmiz saxlamalarını vә insanları hәcc etmәk üçün Mәkkәyә
çağırmasını istәmişdir. Bu ilahi dәvәtә qulaq asan vә ürәkdәn tәslim olanlar "Möminlәr yalnız
qardaşdırlar” (әl­Hucurat, 49/10) şәklindә Quranda bildirilәn din qardaşlığını hәyata keçirmә
imkanı tapmışlar. Bu mәnada Kәbә bütün inananların qardaşlığını, dostluğunu vә qaynayıbqarışmasını
tәmin edәn bir mәrkәzdir.
Hәcc ibadәtinin başqa ibadәtlәr arasında xüsusi yeri var. Çünki hәcc inananların Yer kürәsindә
vahid bir camaat yaradaraq, ildә bir dәfә eyni yer vә eyni zamanda hamılıqla birlikdә ibadәt
etmәsi ilә reallaşır. Dinlәrin böyük әksәriyyәtindә mövcud olan müqәddәs zaman vә mәkan
düşüncәsi islam dinindә hәcc ibadәtindә özünü göstәrir. Hәcc ibadәti yerinә yetirildiyi zaman
ziyarәt edilәn hәr bir mәkanın vә yerinә yetirilәn hәr bir әmәlin simvolik mәnası vә әhәmiyyәti var.
Hәcc bir tәrәfdәn inanan insanın öz daxili dünyasında Haqqa gedәn yolu tәmsil etmә mәnasında
çoxluq/kәsrәt içindә birliyә/vәhdәtә yüksәlmәyi ehtiva edir, başqa bir tәrәfdәn dә qәlblәri eyni
hisslәrlә vә eyni mәna ilә döyünәn milyonlarla insanın bir yerә toplaşması ilә birlikdәn/vәhdәtdәn
çoxluğa/kәsrәtә qayıdışı simvolik şәkildә ifadә edir. Bu baxımdan hәcc tәmiz vә saf bir niyyәtlә
başlayan, sanki dünyәvi başqalaşmağı, nemәtlәri geridә qoyub bütün inananların bәrabәrliyinә
işarә edir.
Hәzrәt Adәm vә Hәvvanın övladları kimi, bizim dә hәccdә qardaşlığı möhkәmlәndirәcәk vә daha
da güclәndirәcәk ünsürlәrimiz var. Hәr il tәkrar edilәn bu mәnzәrә bir tәrәfdәn bütün inananların
birliyini vә bәrabәrliyini göstәrdiyi halda, başqa bir tәrәfdәn ümumbәşәri mәnada görüşü tәmsil
edir. Çünki fәrqli ölkә, dil, irq, rәng, mәdәniyyәt, sosial mövqe vә iqtisadi gücә sahib insanların
bәrabәr sәviyyәdә eyni cür geyimlәri, ehram geyinәrәk bir yerә toplaşması, toplu şәkildә namaz,
tәvaf, sәy, vәqfә, dua kimi ibadәtlәri hәyata keçirmәsi, Mәkkәdәn Әrafata, Әrafatdan Müzdәlifәyә
vә Minaya dәstә­dәstә hәrәkәti bir cәhәtdәn Uca Mövlanın hüzurunda toplanmağı xatırladır.
Belәliklә, hәcc möminlәri müqәddәs torpaqlarda birlәşdirmәklә әbәdi görüşә hazırlamış olur.
Ehrama girәnlәr hәmin müddәt әrzindә söylәdiklәri tәlbiyә ilә hamısı bir ağızdan "buyur, Allahım,
buyur” deyәrәk, Allahın әmrinә itaәt üçün gәldiklәrini, Onun heç bir şәrikinin, bәnzәrinin
olmadığını, hәr cür tәrif, nemәt, mülk vә hökmranlığın hәqiqi sahibinin Allah olduğunu hamısı bir
ağızdan vә ürәkdәn elan edәrlәr.
Mömin bu ibadәti yerinә yetirdiyi zaman bir tәrәfdәn müsәlman olmağın, ürәkdәn Allaha
bağlanmağın, Rәsulullahın doğulub yaşadığı, sәhabәsi ilә min bir mәşәqqәtlәrә sinә gәrdiyi
mәkanlarda olmağın hәzzini dadır, başqa bir yandan dünyanın dörd bir tәrәfindәn gәlәn mömin
qardaşları ilә görüşüb, tanış olaraq İslam qardaşlığını yaşamağın şüurunu dәrk edir. Belә dәrin hikmәtlәri özündә birlәşdirәn hәcc ibadәti İslamın şәrtlәrindәn biri olmaqla yanaşı, hәzrәt
İbrahimin dә zamanların fövqündәki dәvәtidir. Biz hәzrәt İbrahimin dövrlәri aşıb bizә qәdәr gәlәn
bu dәvәtinә cavab vermәk vә hәzrәt Peyğәmbәrin: ”Kim pis әmәllәrdәn vә Allaha qarşı üsyan
etmәkdan çәkinib hәcc ibadәtini yerinә yetirәrsә, günahlardan tәmizlәnәrәk anadan doğulmuş
kimi tәr­tәmiz olar” müjdәsinә çatmaq üçün maddi vә mәnәvi cәhd göstәrmәliyik.

mənbə: http://saglamolun.az/index.php/muxtelif-movzular/4148-mene-serik-qosma.html

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər