Özəl:

Dişlərin dibində qalan qida qalıqları və dəstəmaz



Dişlərin dibində qalan qida qalıqları və dəstəmaz
Sual: Bir bacı soruşur ki, bəzən yeməyin qalıqları dişlərimin dibində qalır.
Dəstəmazdan öncə bu qalıqları təmizləməyim vacibdirmi?

Cavab: Fikrimcə dəstəmazdan öncə bunu təmizləmək vacib deyil. Lakin heç şübhəsiz ki, dəstəmazdan öncə bunların təmizlənməsi daha kamil, daha pak olar. Eləcə də diş xəstəliyindən qorunmağa kömək edər. Çünki bu yemək qalıqları qaldıqca ağız boşluğundan pis qoxu gələr, diş və damaq xəstəlikləri meydana gələ bilər. İnsan yeməyini bitirdikdən sonra yaxşı olar dişlərini yaxalasın ki, yemək qalıqları təmizlənsin. Həmçinin misvakdan da istifadə etsin. Çünki yemək ağızın iyini dəyişir. Peyğəmbər (s.a.v.) misvak haqqında demişdir: "Misvak ağızı təmizləyər, Rəbbin razılığını qazanmağa səbəb olar”.

Bu göstərir ki, ağız hər dəfə təmizlənməyə ehtiyac duyduqda misvakla təmizlənir.

Daha doğrusunu Allah bilir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər