Özəl:

Allah hər şeyi bilir



Allah hər şeyi bilir
Atası Əhmədlə dağda gəzişirdi və Allah haqqında danışırdılar. 
Əhməd:

- Atacan,Allah da Günəş kimi hər yerə girə bilərmi? - deyə soruşdu.
Atası belə cavab verdi:
- Otağın pərdələrini çəksək, Günəş içəri girə bilməz, oğlum.Qaranlıq mağaralara da Günəş girə bilməz,amma elə bir yer yoxdur ki, Allah orada olmasın.Təyyarəyə minib göylərə yüksəlsən belə, Allah yenə səninlədir.Sualtı qayığa minib okeanların dərinliklərinə girsən, Allah yenə sənin yanındadır. Dünyanın o başın getsən, yenə Allahdan ayrı deyilsən.
Allah belə buyurur: 
"Harada olursanız olun, Allah sizinlə bərabərdir"("Hədid" surəsi, ayə 4).

"Biz insana şah damarından daha yaxınıq"("Kəhf" surəsi, ayə 16).

"Şərq də, qərb də Allahındır...Allah hər yeri əhatə edir və hər şeyi bilir"("Bəqərə" surəsi, ayə 15).

Əhməd soruşdu: 
-Allahın olmadığı bir yer varmı?
Atası cavab verdi:
-Allahın olmadığı heç bir yer yoxdur.
Əhməd:
-Allah eyni zamanda hər yerdə ola bilərmi? 
Atası cavab verdi: 
- Bəli, əlbəttə ki, Allah eyni anda hər yerdə ola bilər.
Əhməd bir qədər gəzdikdən sonra çiçəkləri tökülmüş alça ağacının göstərərək:
-Atacan,bu il alça ağacının meyvəsi az olacaq,- dedi.
Atası: 
-Allah bilər,oğlum, -deyə cavab verdi.
Bu ara günəş buludların arxasında gözdən itdi.Hava qaralmağa, sərt bir külək əsməyə başladı.
Əhməd:
-Yenə yağış yağacaq, - dedi
Atası göy üzünə baxaraq belə dedi:
-Yağışın yağacağınıda Allah bilər.Biz sadəcə rə`y söyləyə bilərik.
-Atacan, indiki zəmanədə cihazların köməyi ilə çox şey öyrənə bilirik, -dedi.
-Doğrudur, ancaq bilmədiyimiz daha çox şeylər var... Ümumiyyətlə, insan öyrənə bildiyi şeyləri Allahın köməyi ilə öyrənir.
-Allah hər şeyi bilərmi, ata? 
-Bəli, o hər şeyi bilir.
-Bəs bu qədər şeyi necə bilir, atacan?
-Bütün kainatı O yaratdığına görə, onların hər halını bilməsi də təəccüblü deyil.
-Qəlbimizdən keçənləri də bilirmi?
-Qəlbindən keçənləri də bilir, böyüyəndə nəçi olacağını, nə vaxt evlənəcəyini, hansı faydalı işlər görəcəyini bilir.Qısaca bilmək istəyirsənsə, Allah sənin ağlına gələn və gəlməyən hər şeyi bilməyə qadirdir.
Allah belə buyurur: 
"(De ki) O göydə və yerdə tək Allahdır, gizli və aşkar (işlərinizi) və nəyi edəcəyinizi bilir.Qeybin açarı Allahındır; onları ondan başqası bilməz, yerdə və dənizdə nə varsa O bilir, Ondan xəbərsiz heç bir yarpaq (ağacdan) düşməz.O Yerin qaranlıqlarındakı hər bir dənədən də xəbərdardır...("Ən`am" surəsi, ayə 3, 59). 

"Qiyamətin nə vaxt qopacağını yalnız Allah bilir.Yağışın yağacağını, ana bətnindəki uşaqların nə vaxt olacağını O bilir.Heç kim sabah nə əldə edəcəyini, harda öləcəyini bilməz.Bütün bunları yalnız Allah bilir.Şübhəsiz ki, Allahın hər şeydən xəbəri vardır"("Loğman" surəsi, ayə 34).

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər