Özəl:

Hamilə qadınlar “yük”ə çevriləndə - Qanunlar onları necə qoruyur?



Hamilə qadınlar “yük”ə çevriləndə - Qanunlar onları necə qoruyur?
"Kellogg Brown Root (KBR)" Şirkətində 7 ildən artıq kadrlar üzrə baş mütəxəssis kimi işləmiş Azərbaycan vətəndaşı Aytən Cəbrayılova hamilə olduğu üçün şirkət rəhbərliyi tərəfindən işdən çıxarııb.

Pozulmuş hüquqlarının bərpası üçün zərərçəkən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edib. 

Onun məhkəmədə hüquqlarını müdafiə etmiş hüquqşünas Azər Quliyev bildirib ki, A.Cəbrayılova 2007-ci ilin əvvəlində ailə həyatı qurub və həmin ilin axırında analıq məzuniyyətinə çıxmağa hazırlaşıb. Onun hamilə olduğu barədə məlumat alan şirkət rəhbərliyi öz ərizəsi ilə işdən getməsi üçün qadına təzyiqlər göstərməyə başlayıb. İşdən çıxması üçün ərizə yazmadığı təqdirdə həmin şirkətdə çalışan qardaşını işdən çıxaracağı, ona və qardaşına digər şirkətlərdə işləmək imkanı verməyəcəyi ilə hədələyib. Səbəbini isə A.Cəbrayılovanın hamiləliyini rəhbərlikdən gizlətməsi ilə əlaqələndirib.

Nəhayət, 2007-ci ilin sentyabrın 26-da o, işdən azad olunub. İşdən azad olunması ilə bağlı əmrin surətini istədikdə rəhbərlik onu nalayiq sözlərlə təhqir edərək otağından qovub.

A.Cəbrayılova ona çatacaq əmək haqqını və əmək kitabçasını ala bilməyib. O, Yasamal Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində əmək müqaviləsinin ləğv edilməsi barədə şifahi əmrinin etibarsız sayılmasının, işə bərpasının, əmək müqaviləsinin müddətsiz hesab edilməsini, məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsini xahiş edib. Aytən xanım iddia ərizəsində göstərir ki, şirkət rəhbərliyi ona 6720 manat ödənilməmiş məzuniyyət pulu, sosial məzuniyyətlə bağlı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 4831 manat ödənilməyən, 2000 manat sonradan tutulan müavinət pulu borcludur. Üstəlik, əmək hüquqlarının pozulması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi 100000 manat ödəməlidir.
2008-ci il iyulun 8-də hakim Svetlana Əhmədovanın sədrliyi ilə qəbul edilən məhkəmə qətnaməsi ilə iddiaçının tələbləri qismən təmin olunub. Qətnaməyə əsasən, A.Cəbrayılova işə bərpa olunub, müvəqqəti əmək qabiliyyətini itirməsi ilə əlaqədar xəstəlik vərəqələri, məzuniyyət günlərinin ödənilməsi, tutulmuş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehdən pul tutulması barədə iddia tələbi qismən təmin edilib. 

Hamilə qadınlar özəl şirkətlər üçün bir yükdür

Bu, tək A.Cəbrayılova ilə bağlı hal deyil. Yerli və xarici özəl şirkətlərin bir çoxunda hamilə qadınlar işə götürülmür, analıq məzuniyyətinə çıxmış qadınlara sosial müavinətlər ödənlmir, onlar müxtəlif bəhanələrlə işdən çıxarılır, məzuniyyətdə olduqları müddətdə onların yerinə dərhal başqa işçi götürülür.

Özəl şirkətlər hesab edir ki, belə qadınlar onlar üçün bir yükdür və bu yükdən xilas olmaq istəyirlər.
İşəgötürənlər bunu məzuniyyət dövründə işçinin fəaliyyətinin zəifləməsi və peşəkarlığının azalması ilə əsaslandırırlar. Elə bu səbəbdəndir ki, qadınlar doğuşa bir həftə qalmışa qədər və doğuşdan bir neçə ay sonra işləmək məcburiyyətində qalırlar. 

Eksperlərin fikrincə, qadınları ailə qurmaqdan, uşaq sahibi olmaqdan çəkindirən elə bu faktorlardır. Qadınlar fikirləşir ki, ana olmaq onları cəmiyyətdən, qərar qəbul etməkdən, ictimai fəallıqdan uzaqlaşdırır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər