Özəl:

İnsanları cinayətə sürükləyən yollar



İnsanları cinayətə sürükləyən yollar
Heç kim cinayәtkar doğulmur. Dünyaya gәlәn uşağın gәlәcәkdә kim olması üçün mәsuliyyәti ilk
öncә ailәsi vә cәmiyyәt daşıyır.
 
Arada düşünürsәn, zahirәn adi insan, niyә birdәn ağır cinayәt törәdir? Bunu anlamaq çәtindir.
Son zamanlar müşahidә olunur ki, cinayәt törәdәnlәr arasında әqli cәhәtdәn sağlam şәxslәr, hәtta yeniyetmәlәr dә var. Antisosial davranışın yaranmasında ailә mühüm rol oynayır.

Qeyri-qanuni hәrәkәtlәrә hansı amillәr sәbәb olur?

­ -hәddәn artıq vә ya davamlı olaraq ailәdә cәza tәtbiq etmәk,
­ -ailәdә ata rolunun olmaması,
­ -uşağa qarşı hәddәn artıq yumşaq davranış,
­ -valideynlәrin lazımı situasiyalarda qeyri­ciddi yanaşması,
­ -ailәdә münaqişәlәr vә s…

Tәbii ki qanuna zidd davranışın yaranmasında sosial şәrait dә rol oynayır. Bura ilk növbәdә
müxtәlif sosial problemlәr daxildir. Misal üçün, sosial çevrilişlәr, hәyat sәviyyәsinin aşağı olması.
Şәxsi cinayәt törәtmәyә tәkan verәn yeganә sәbәb olmur. Amma onu da qeyd etmәk istәrdim ki, hәr sosial problemlәri olan da cinayәt törәtmir. Müxtәlif növ cinayәtlәrin törәdilmәsinin psixoloji
sәbәblәrindәn biri – insanın cәmiyyәtdәn tәcrid olunmasıdır. Şübhәsiz ki, öncә qeyd etdiyim kimi bunun başlanğıcı ailәdәn irәli gәlir. Bәzәn görürsәn ki, tam
tәminatlı ailәdә uşaq özünü tәk, lazımsız hiss edir. Sonra gәlir bağça, mәktәb. Görürsәn ki, burdada әtraf ilә münasibәt formalaşmır, nә dostu olur, hәtta neytral ünsiyyәt dә alınmır. Vә gәlәcәkdә
uşaqda "sosiopatiya” formalaşır, bu da zaman keçdikcә qapaılılıqdan açıq aqressiyaya gәtirib
çıxarır. Özünәgüvәnsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlәr tәrәfindәn
diqqәtsizlik, çox ciddi cәza vә ya yaşıdları tәrәfindәn aqressiya vә s. – bu fonda natamamlıq
kompleksi vә qorxu inkişaf edir. Gәlәcәkdә isә özünü tәsdiq etmәk üçün qanunazidd hәrәkәtlәrәdoğru addımlayırlar.
Aydın mәsәlәdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mәnasızdır. O yaşa
qәdәr uşaq, sosial normalara uyğun davranışa nәzarәt etmir. İlk dәfә uşaq mәktәbdә hәqiqәtәn
sosial tәlәblәr ilә qarşı­qarşıya durur, artıq davranış qaydalarına ciddi riayәt edilir.

İbtidai siniflәrdәn başlayaraq antisosial davranış bu formalarda özünü biruzә verir:
­ -nizamsız davranış,
­ -mәktәb qaydaların vә intizamın pozulması,
­ -dәrslәrdә davamiyyәtin pozulması,
­ -evdәn qaçmalar,
­ -yalanlar,
­ -oğurluq.
12­17 yaşlarda qanunazidd hәrәkәtlәr artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayәtkarın adәtәn
cinayәti törәtmәk üçün müәyyәn motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir.
Elә şәxslәr var ki, özünü әtrafdakılarla dostlarla, qohumlarla müqayisә edir. Vә bu anda tamah
hissi üstün gәlir. Belә situasiyalarda cinayәtkar etdiyi hәrәkәti әdalәtin yerin tapması kimi qәbul
edir vә heç bir tәәssüf hissi duymur.
Әn çәtin cinayәtin sәbәblәrindәn biri dә psixi pozuntulardır. Çünki çәtin sübut olunur, әtrafdakılar
tәrәfindәn şübhә ilә yanaşılır.

Qeyri­-qanuni hәrәkәtlәrә sәbәb olan anomaliyalar hansılardır:
­ -psixopatiya,
­ -alkoqolizm,
­ -nevrotik pozuntu,
­ -kәllә­beyin travmaları,
­ i-ntellektual çatışmazlıq.
Bu mövzuda hәlә çox danışmaq olar. Cinayәtin törәdilmәsi üçün müxtәlif sәbәblәr ola bilәr.
Hәr bir halda kökündә cinayәtin tәmәlindә özünәgüvәnsizlik durur. Tәәssüf ki, insanlar
özünü tәsdiq üçün çox vaxt yanlış yol seçirlәr. Unutmayaq ki, heç bir cinayәt cәzasız
qalmır!
 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər