Özəl:

Təbii üsullarla saçı uzatmağın yolları



Təbii üsullarla saçı uzatmağın yolları
Kahıdan faydalanın
1 ədəd dilimlənmiş turpla 4 kahı yarpağını 1 litr suda qaynatdıqdan sonra suyunu süzüb saçınıza çəkin. 1 saat sonra saçınızı durulayın. Kahının tərkibindəki E vitamini saçların sürətlə uzanmasına səbəb olacaq.
 
Badam yağıyla saçları uzadın
Bir qaşıq badam yağıyla sarımsaq yağını qarışdırın. Saçlarınıza masaj edərək saç diblərinə yedizdirin. 20 dəqiqədən sonra südlə saçları yuyub, daha sonra suyla durulayın. Həftədə 1 dəfə bu proseduranı təkrarlayın. 1 ayda saçlarınızın necə uzandığını görəndə heyrətə düşəcəksiniz.
 
Alma sirkəsiylə saçlar sürətlə uzanır
2 stəkan suda kəklikotunun qaynadın. Daha sonra həmin suya rozmarin, 2 xörək qaşığı zeytun yağı və 1 stəkan alma sirkəsi  əlavə edib qarışdırın. Saçınıza masaj edərək bu qarışımı dəriyə yedizdirin. 45 dəqiqə gözlədikdən sonra saçınızı durulayın. Bu qarışım saç köklərini gücləndirib, hüceyrələrin yenilənməsini təmin edir. Bu da saçların uzanma sürətini ən az iki dəfə artırır.
 
Turp da saçı uzada bilir
1 ədəd turpu rəndələdikdən sonra qaynayan suyun içinə tökün. Suyun içərisinə 3 ədəd kahı yarpağı da əlavə edin. 3 dəqiqə sonra ocağın üzərindən götürün. Suyu süzüb saçlara çəkin. Həftədə bir dəfə tətbiq edin.
 
Saçları uzadan lavanda
Qaynamış suyun içərisinə bir miqdar lavanda əlavə edib dəmləyin. Yuyulub təmizlənmiş saçı bu suyla durulayın. Həftədə iki dəfə proseduranı təkrarlayın.
Offline
  • Şərh №: 1
  • 18 aprel 2015 17:29
  • Xəbər sayı: 34
  • Şərh sayı: 104
tskler maraqli melumata gore

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər