Özəl:

Yayda saçlarınlza bu cür qulluq edin



Yayda saçlarınlza bu cür qulluq edin
Su içməyi artırın
Bütün bədənin olduğu kimi, saçların da suya ehtiyacı var. Yayda saçlarda yaranan nəm itkisini minimuma endirmək üçün ilk tədbir su içməyi artırmaqdır. Gündə ən az iki litr su içdiyinizə əmin olun.

Dənizdən çıxdıqdan sonra yuyun
Yayda çox duzlu və xlorlu suya məruz qalan saçlar günəş altında quruyur. Dənizdən və hovuzdan çıxdıqdan sonra saçlarınızı günəş altında qurutmaq yerinə, normal suyla durulayın.

Arqan yağı naviqasiyası
Yeniləyici və nəmləndirici təsirə malik olan arqan yağı saçlara parlaqlıq verir, gücləndirir. Saçları günəşin zərərli təsirlərindən qorumaq, quruyub zədələnməsinin qarşısını almaq istəyirsinizsə, arqan yağı ilə qulluq edin. Bu üsul eyni zamanda itirilən nəmi geri qazandıracaq.

Günəşdən qoru
Saçları günəşin zərərli təsirlərindən qorumaq üçün yayda küçəyə çıxarkən papaq taxın. Çimərlikdə şlyapa və ya çətirlə saçlarınızı günəşdən qoruyun. Şlyapa taxmaq istəmirsinizsə, günəşdən qoruyan təbii saç qulluq məhsullarına müraciət edin.

Fenə ara verin
Fen, düzləşdirici, maşa kimi istilik verən alətlər saçların qurumasına və qırılmasına səbəb ola bilər. Saçlar onsuz da yayda kifayət qədər istiliyə məruz qalır. Ona görə də yayda bu alətlərdən istifadəyə ara verin. 
Offline
  • Şərh №: 2
  • 16 iyul 2016 14:00
  • Xəbər sayı: 0
  • Şərh sayı: 28
Bu deyilenlerden bir çoxunu emel edirem amma saçlarım yene tökülür
Offline
  • Şərh №: 1
  • 14 iyul 2016 17:00
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
melumatim var idi.tewekkurlerr

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər