Özəl:

Ətirdən qeyri-düzgün istifadə sonsuzluğa səbəb ola bilər



Ətirdən qeyri-düzgün istifadə sonsuzluğa səbəb ola bilər
Qadın doğuş və süni mayalanma üzrə mütəxəssis dos., dr. Hakan Çoksüer ətir və dezodorantın çox sayda kimyəvi maddə ehtiva etdiyi üçün kişilərdə sperma sayını azaldaraq sonsuzluğa səbəb ola biləcəyini deyib.
Çoksüerin fikrincə, ətirin tərkibində olan kimyəvi maddələr həm dəri, həm də tənəffüs yolu ilə bədənə nüfuz edə bilər. Bu da kişilərdə testesteron kimi hormonların bədəndəki fəaliyyətini pozaraq sperma keyfiyyətini aşağı sala və kişilərdə törəmə problemlərini ortaya çıxara bilər. Ətir kimi tərkibində çox sayda kimyəvi maddə olan kosmetik vasitələr sonsuzluq əmələ gətirməklə bərabər xərçəng xəstəliyi riski də daşıyır. Uzun müddət ətirin təsirinə məruz qaldıqda insan sağlamlığına çox böyük zərər verə bilər. Bir çox ətirdə istifadə olunan ftalat maddələri kişilərdə törəmə funksiyalarının pozulmasına səbəb olur. Həmçinin bu maddələr allergik təsirə də malikdir. Əksər hallarda bu allergik reaksiyalar dəridə zədələnmələrə səbəb olaraq müalicəyə ehtiyac duyulan vəziyyətlərə qədər gətirib çıxarır. Ətir və dezodorantın çox isti mövsümlərdə hər gün duş qəbul olunsa belə öhdəsindən gəlməyin çətin olduğu qoxu problemlərinə çarə olduğu doğrudur. Ancaq ətir məhsullarının qeyri-düzgün istifadəsi halında bəzi risklər yarana bilər.
Ətirdən istifadə edərkən dəriyə təmas etməməsinə diqqət göstərilməlidir
Duş qəbul etməmək üçün ətir və dezodorantdan istifadə edilməsi dəri problemlərinə səbəb ola bilər. Çoksüer ətirin tərli ikən qoxunu itirmək üçün deyil, təmiz ikən tərlədiyiniz zaman bu tər qoxusunu daha yüngül yaymaq üçün istifadə olunmasının gərəkliliyini söyləyib. Həmçinin ətrin çox yaxın məsafədən sıxılması da dəri problemlərinə gətirib çıxara bilər. Bu səbəbdən ətiri dəridən uzaqda sıxaraq dərinizin ziyan görməsinin qarşısını ala bilərsiniz. Ətir və dezodorantın tərkibindəki kimyəvi maddələrin mümkün olduğu qədər dəriyə təmasından çəkinmək lazımdır. Həddindən artıq istifadə edildikdən sonra mütləq duş qəbul edilməli və üzərinizdəki kimyəvi ətir tullantılarından xilas olmalısınız. Ətirin qoxusunu içinizə çəkməkdən də uzaq durmaq lazımdır. Eyni zamanda digər kosmetik vasitələr kimi, ətir seçərkən də daha təbii olan məhsullara üstünlük verilməsi məsləhətdir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər