Özəl:

Ətir seçərkən yaşınızı da nəzərə alın



Ətir seçərkən yaşınızı da nəzərə alın
Hər yaşın özünə xas cazibədarlığı və özünə xas ətri var. Hansı tərz qoxuların yaşınıza uyğun olduğunu bilmək istəyərdiz?  Yeniqadın.Biz yaşa görə düzgün ətir seçimi haqqında məlumatları təqdim edir:

20 yaşından yuxarı xanımlar: Gənc xanımlar daha dinamik və enerjili olduqları üçün bir çox ətrləri sınaqdan keçirə bilərlər. Lakin bu yaşlara ən uyğun olan iti və yüngül qoxulu parfumlardır. Ağ yarpaqlı portağal çiçəyi və inciçiçəyi, meyvə və şirin ətirli yüngül qoxular bu xanımlar üçün daha əlverişlidir.
30 yaşından yuxarı xanımlar: Konfranslar, iş yığıncaqları, iş yerində keçirilən uzun saatlar, peşə məsuliyyəti, bu yaş qadınların gündəlik iş rejiminə çevrilib. Buna görə də bu yaşlarda istifadə edilən qoxular özünü ön plana çıxartmamalıdır. Ümumiyyətlə, ən çox yaşıllıq və ədviyyat qoxulu ətirlərə üstünlük verilməlidir.
40 yaşından yuxarı xanımlar: Bu yaşlardakı qadınlar ətirlərdən gözəl iy verməsi xaricində, başqa şeylər də gözləyərlər. Məsələn, istifadə etdiyi qoxu onun fərdi bir imzasına çevrilməlidir. Bu baxımdan lavanda, zəncəfil kimi aromatik qarışıqların da rahatlaşdırıcı təsirləri bu yaş xanımlar üçün ideal seçim sayıla bilər.
50 yaşından yuxarı xanımlar: Dəyərlərin ən çox önə çıxdığı yaşlardır. Klassik, eleqant ətirlər bu yaşdakı xanımların "yox" deyə bilməyəcəyi qoxulardandır. Gül, jasmin qoxulu ətirlər qalıcı olmaları ilə fərqlənirlər və bu yaş qadınlar üçün tövsiyə edilir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər