Özəl:

Ətir seçməzdən öncə hansı xörəkləri yemək olmaz?



Ətir seçməzdən öncə hansı xörəkləri yemək olmaz?
Ətir hamı üçün vacib kosmetik vasitə olsa da, qadınların həyatında daha çox yer tutur. Çünki kişilər ətir  vurmağı  unutsalar da, bunu özlərinə dərd etmirlər. Ancaq qadınlar üçün bu, böyük problem ola bilər. Təbii ki, bu vəziyyət ən doğru ətirin seçilməsi problemini də özü ilə bərabər ortaya çıxarır. Bəzən istifadə etdiyimiz ətirin qoxusu ilə  bağlı fikirlər söylənilir. Bunun əsas səbəbi ətirin pis qoxulu olmasından deyil, özümüzə uyğun olmamasından qaynaqlanır. Dolayı yolla, "özümə uyğun ətiri necə seçə bilərəm” sualını özünüzə verirsinizsə, doğru yoldasınız.

Ən uyğun ətri seçmək üçün birinci yadımızda saxlamalı olduğumuz məqam odur ki, bizə uyğun olmayan ətrin qoxusu qısa müddətdən sonra bədənimizdən uçur. Çünki bədən özünə uyğun olmayan qoxunu qısa müddət sonra öz üstündən atır. Dolayı yolla, üstünüzdə daha çox qalan ətirlərin sizin üçün doğru olması ehtimalı daha yüksəkdir. Biləyə sıxılan ətri yarım saat sonra qoxlayaraq sizə uyğunluğunu müəyyən edə bilərsiniz. Qoxu sınaqlarından öncə ədviyyatlı, acılı, ya da ətli yeməklər kimi bədən qoxunuzu dəyişdirə biləcək qidalardan uzaq durmalı olduğunuzu unutmayın. Yüngül bir qəlyanaltı sonrası seçilən ətir daha doğru seçim olacaq.

Təbii ki, yuxarıda saydığımız səbəblərə görə seçməli olduğunuz ətirlərdə dəyişikliklər əmələ gələcəkdir. Ağır ət xörəkləri, yağlı, qızartma, yeyən və bədəni ədviyyatı özünə çəkmiş insanların bol ədviyyat qoxulu və yağlı ətirləri seçməsi yanlış olacaqdır. Daha xəfif, dəniz qoxulu ətirlər bu insanlar üçün daha doğru seçim olacaq.

Qadının özünə uyğun ətir seçimində digər kriteriya isə ətiri hara istifadə etmək istəyi ilə bağlıdır.  İş görüşməsi kimi ciddi və önəmli toplantılarda istifadə edilməsi mümkün olan ətirlər daha sadə və ətrafa çox yayılmayan qoxular olmalıdır. İlk görüş kimi duyğusal görüşmələrdə istifadə oluna biləcək ətirlər bir az daha aromalı ola bilər və xüsusilə qarşı cinsin diqqətini cəlb edən olmalıdır.
loading...
Offline
  • Şərh №: 1
  • 10 iyun 2018 15:18
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Cialis Benavides canadian pharmacy cialis 20mg Taking Cephalexin And The Sun Acquisto Viagra Reato

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər