Özəl:

Bahalı ətir almağa pulunuz yoxdursa, oxuyun



Bahalı ətir almağa pulunuz yoxdursa, oxuyun
Bir çoxumuz dezodorant və ətirləri müxtəlif kosmetik məhsullar satılan dükanlardan alırıq. Lakin bu məhsulların içində bir çox kimyəvi maddə olduğunu qeyd etmək lazımdır. Bu kimyəvi maddələr həssas dərilərdə yara və allergiyaya səbəb olur. Həmçinin vurğulamaq lazımdır ki, uzun müddət dəriyə vurulan ətir onu qırışdırır. 

Sizlərlə paylaşacağımız sadə resept sayəsində evdə dezodorant və ətir hazırlaya biləcəksiniz.

Yasəmən qoxulu ətir
Bahalı ətir almaqdansa ətirinizi evdə özünüz belə hazırlayın
-Badam yağı (2 xörək qaşığı)
-Yasəmən ( 3 damla)
-Talk pudrası ( 1 xörək qaşığı)
Hazırlanması: Məmulatların hamısını bir qaba töküb çozlu qarışdırın. Maye halında qarışıq əldə edəndən sonra hazırlanan xoş qoxulu ətiri kiçik bir sprey şüşəsinə tökün. Bu qarışıq bir neçə gün boyunca gözəl qoxmanızı təmin edəcək. Qarışığın dəriyə heç bir zərəri yoxdur, tamamilə təbiidir. Qarışıq tər qoxusunu da əngəlləyir.

Gül qoxulu ətir
Bahalı ətir almaqdansa ətirinizi evdə özünüz belə hazırlayın
-Etil spirti ( 180 ml. Spirti apteklərdən əldə edə bilərsiniz)
-Gül suyu ( 30 qram)
-Lavanda yağı ( 4 çay qaşığı)
-Qərənfil yağı ( 25 qram)
Hazırlanması: İlk olaraq spirtin yarısını ayırın. Ayırdığınız spirtin içinə lavanda yağını və qərənfil yağını əlavə edib qarışdırın. Sonra bu qarışığın üzərinə qalan spirti də əlavə edib yenidən qarışdırın. Son olaraq 30 qram gül suyunu töküb qarışdırın və bir şüşəyə tökün. Bu ətir sayəsində super qoxuya sahib olacaqsınız.

Lavanda qoxulu ətir
Bahalı ətir almaqdansa ətirinizi evdə özünüz belə hazırlayın
-1 damla lavanda yağı
-1 damla sidr yağı
-250 ml witc hazel suyu
-2 çay qaşığı bitki qliserini
Hazırlanması: Bunları qarışdırıb şüşə qaba yerləşdirin. Ətiriniz hazırdır.

loading...
Offline
  • Şərh №: 1
  • 19 may 2016 21:46
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Nese çetin oldu.tşk

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər