Özəl:

Bəylərin sevdiyi qadın ətirləri hansılardır?



Bəylərin sevdiyi qadın ətirləri hansılardır?
Viktor Rolf
Enerjili və bacarıqlı qadınsınız? Həm ədviyyatlı, həm də çiçək qoxularının qarışığından hazırlanan Viktor Rolf sizin xarakterinizi tam mənası ilə ifadə edir. Kişilərdən Viktor Rolf ətrini nəyə görə xoşladıqlarını soruşduqda ümümilikdə bu cavabı verirlər: "Qalıcı ətirdir, bütün günü həmin ətirin təsiri altında qalıram.”

Chanel Chance

Ədviyyatlı olması və ağac notları ilə Chanel Chance sizin üçün ən uyğun ətirdir! Əgər özünüzü cəlbedici hiss etmək istəyirsinizsə, Chanel Chance-ı mütləq istifadə etməlisiniz. Qalıcı və tünd iyini nəzərə alaraq gün ərzində bir dəfə vurmağınız kifayətdir. Gün boyu ətir haqqında deyilən rəylər çox xoşunuza gələcək.

Calvin Klein Euphoria

Sevdiyiniz insanı özünüzə cəlb etmək üçün ətir axtarışındasınızsa, Euphoria seçməlisiniz. Çünki bu ətir məhz sizin axtardığınızdır. Valehedici eqş, məhəbbət yaşamaq istəyirsinizsə, bu ətirdən bir damla istifadə etməyiniz kifayətdir.

Guerlain Idylle
Güllərin gücü bu ətirdə gizlidir. Qızıl gül, lilac, pion və yasəmən güllərinin qarışığından ərsəyə gələn bu ətir sakit bir bahar gününü xatırladır. Qalıcı ətri sayəsində, ətrafınızdakıları özünüzə cəlb edə biləcəksiniz. Bu ətir sayəsinidə özünüzü gül bağçasında hiss edəcəksiniz.

Giorgio Armani Code
Qadınlar üçün hazırlanan bu ətir mistisizm, qadınlıq, şəhvət, sirr, romantikanın işarəsi olaraq satışa buraxılıb. İçərisindəki güllərin aromatik qoxusu sizi və ətrafınızdakıları valeh edəcək.

Lancome La Vie Est Belle
Bu möhtəşəm ətir üçün bunları demək olar: dadlı, vanilli və meyvəlidir! 2012-ci ildən etibarən satılan Lancome ətrinin qoxusu sadəliyi və gözəlliyi vurğulayır. Təbii gözəllik və məsum cazibənin nişanəsi olan bu ətir sizi ehtiraslı bir eşqə aparacaq.

Carolina Herrera 212 Sexy
Cazibədarlıq, ehtiras və məhəbbətin dünyasına xoş gəlmisiniz! Hil, bibər, berqamot, müşk, naringi və yaşıl yarpaqlarla əhatəli bu ətir ilə ehtirasların cadulu dünyasında özünüzü yenidən kəşf edib, sevdiyinizi bu ətir ilə özünüzə cəlb edəcəksiniz.

Miss Dior Blooming Bouquet
Bu ətir sizdə zəriflik hissi oyandıracaq. Bahar iyi qədər təravətli olmaq istəyirsinizsə, Miss Dior Blooming Bouquet-i seçə bilərsiniz. Kişilərdən bu ətri niyə xoşladıqlarını soruşanda, bu cavabı verirlər: "Yüngül və şirin qoxusu ilə mənə balaca, dəcəl qız uşağını xatırladır.”
loading...
Offline
  • Şərh №: 1
  • 6 may 2016 15:41
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Maraqli xeberdir.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər