Özəl:

Bədəninizə uyğun ətir seçin



Bədəninizə uyğun ətir seçin
Bədəninizə uyğun ətri təbiətdən ilham alaraq özünüzə, mövsümə uyğun seçə bilərsiniz. İstəsəniz, meyvələrdən, istəsəniz, çiçəklərdən yararlana bilərsiniz. Baharın özünü hiss etdirdiyi, günəşin bütün enerjisiylə bizi canlandırdığı bu dövrdə mövsümə uyğun ətirləri həyatımıza daxil etməyin zamanıdır. Özünüzə uyğun ətir seçməyin yolu ilə sizi tanış edirik.

Ədviyyatlı və ağac, odun qoxulu ətirləri rəfə qaldırıb gül-çiçək, meyvə, dəniz, yosun qoxulu ətirləri əlinizin altına qoyun. Ətir seçmək maraqlı və əyləncəli olduğu kimi, bir o qədər də çətin məsələdir. Çünki ətrin qoxusu qidalanma, siqaret vərdişi, istifadə etdiyimiz dərman və kosmetik vasitələr, hətta bədən iyinizə görə dəyişir. Bədəninizə uyğun qoxuları başqalarının məsləhəti ilə deyil, öz bədəninizin qoxusuna əsaslanaraq tapmağınız lazımdır.

Necə qərar verməli?

Mütəxəssislər bildirirlər ki, ətir vuran zaman əvvəlcə tərkibindəki ən uçucu maddələrin qoxuları ətrafa yayılır. 1 saat sonra isə orta və dib mövqelərdəki maddələrin qoxusu əks olunur və fərqli qoxu ortaya çıxır. Yəni ilk anda çox xoşunuza gələn bir ətri 1 saat sonra bəyənməməyiniz mümkündür. Bunun üçün bir ətrə qərar verərkən əvvəl qoxu kartonlarından kömək ala bilərsiniz. Bu karton qalıcı iyi sizə daha yaxşı göstərəcək.

Əlbəttə, davamlı istifadə etdiyiniz ətrə qarşı bir müddət sonra hissiniz itə bilər. Ona görə də bu qoxunun miqdarını bir az artıra bilərsiniz.

Duşdan sonra üzə və bədənə çəkilən nəmləndirici kimi bir çox təmizlik, gigiyenik və kosmetoloji vasitələrdən sonra ətir vurmaq, əlbəttə ki, ətrin qalıcılığını artırır. Lakin digər vasitələrin öz qoxusu olduğu üçün əslində, bədəndən 2 ayrı qoxu gəlmiş olur. Bu səbəbdən də əgər mümkündürsə, ətir yerinə bədən lasyonundan istifadə edə bilərsiniz. Beləliklə, ətrin qoxusunu fərqli yerə istiqamətləndirməmiş və qalıcılığını artırmış olacaqsınız.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər