Özəl:

Dünyanın bahalı ətirləri



Dünyanın bahalı ətirləri
"Baccarat's Les Larmes Sacrées de Thebe" - 1990-cı ilin sonunda buraxılan bu ətirin qiyməti 1700 dollardır. Onun qiymətinin baha olması şüşəsi ilə əlaqədardır. Belə ki, qab təmiz büllurdan hazırlanır.


"Caron's Poivre" - 50 il bundan əvvəl parisdə istehsal olunub. Qiyməti 2000 dollardır. Şüşəsi "Baccara" büllurundan düzəldilib. Məhdud sayda buraxılır.

 

"Ralph Lauren Notorious" - məşhur amerikalı dizayner Ralf Lauren tərəfindən düzəldilib. 25 yaşdan yuxarı xanımlar üçün nəzərdə tutulub. Qiyməti 3540 dollardır.

 

"Clive Christian No.1" - britaniyalı dizayner Klayv Kristian tərəfindən hazırlanıb. 1000-dən çox növü var. 30 ml.-i 5500 dollardır.

 

"Royal Arms Diamond Edition Perfume" - Şahzadə yelizavetanın 60 illiyi münasibətiylə xüsusi hazırlanıb. Şüşəsi brilyant və qızılla bəzədilib. Qiyməti 23 min dollardır.


"Clive Christian Imperial Majesty" - tərkibində iki nadir tapılan qoxu var. şüşəsi isə dağ büllurundan hazırlanıb. Qapağında 5 əyyarlı brilyantlar var. Qiyməti 215 min dollardır.

 

"DKNY Golden Delicious" - tərkibində qırmızı alma, portağal, gavalı, ağ liliya və başqa çiçəklərin qoxusu birləşib. Adi qabda ətirin qiyməti 40-50 dollardır. 2011-ci ildə isə ətir üçün xüsusi qab hazırlandı və dünyanın ən bahalı ətiri kimi tarixə düşdü. Belə ki, qab 2909 bahalı daşla bəzədilib. Qiyməti isə 1 milyon dollardır. Onun satışından əldə olunan gəlir xeyriyyə məqsədiylə xərclənib.

 

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər