Özəl:

Rihannadan həftəyə 10 kiloqram arıqladan pəhriz



Rihannadan həftəyə 10 kiloqram arıqladan pəhriz
"Dünya ulduzlarının pəhrizi” rubrikasında bu dəfə məşhur müğənni Rihannanın bir həftəyə 10 kiloqram arıqladan pəhrizini təqdim edirik. 
Hər zaman gözəl bədən quruluşu ilə diqqət çəkən ulduz bunun üçün çoxlu balıq yeyir. O, gün ərzində hər üç saatdan bir qidalanmaya üstünlük verir. 
Səhər: İçərisinə limon şirəsi sıxılmış isti su, 1 yumurtanın ağı, təzə ananas. 
Nahar: Buxarda bişmiş balıq əti, suda qaynadılmış tərəvəz və yağsız, duzsuz kartof. 
Şam yeməyi: Sadəcə buxarda bişmiş yağsız balıq. 

Pəhriz zamanı şirniyyat və şəkər tozundan istifadə etmək olmaz. Çoxlu su içmək lazımdır. Əgər çox acsanız, meyvə yeyə bilərsiniz. Pəhrizi bir həftə edib, 1 həftə ara verdikdən sonra yenidən təkrarlamaq olar.
Uzunboylu qadınlara pis xəbər
Hər 10 sm boy xərçəng riski deməkdir
Uzunboylu qadınların xərçəngə yaxalanmaq riski yüksəkdir. ABŞ-ın Albert Enşteyn Universitetinin mütəxəssisi Geoffri Kabat və komandası bu sahədə araşdırma aparıb. Nəticələrə görə, hər 10 sm üçün qadınların süd vəzi, yumurtalıq,böyrək, dəri xərçəngi kimi xəstəliklərə yaxalanma riski 13 faiz artır.
Araşdırmaya 50-79 yaş arası klimaks dövründə olan 140 minə yaxın qadın qatılıb. Kabatın sözlərinə görə, yaş,siqaret, artıq çəki və başqa amillərdə xərçəngə tutulmada boydan daha önəmli rol oynayırlar.
Qeyd edək ki, bundan öncədə İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar 1,52 sm-dən uzunların hər 10 sm=də xərçəng riskinin 16 faiz artdığını müəyyən etmişdilər.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər