Özəl:

Kleopatranın gözəllik sirləri



Kleopatranın gözəllik sirləri
Süd vannası. Kleopatra hər dəfə çimərkən vanna eşşək südü, bal və badam yağı qarışımı ilə doldurulurdu. Bu möhtəşəm qarışımı hazırlamaq üçün 3 stəkan südü yarım stəkan  bal və 5 yemək qaşığı badam yağı ilə qarışdırın. Daha sonra doldurduğunuz isti vanna suyuna bu qarışımı qatıb zövq alın.
 
Dəniz duzu.
Kleopatra ilıq süd vannalarından sonra bütün bədənini dəniz duzu ilə ovalayaraq dərisinin daha canlı, yumşaq və gözəl görünməsinə nail olurdu.
 
Gül suyu toniki.
Dərini nəmləndirən və bəsləyici gül suyu Kleopatranın sevimlilərindən idi . Gülsuyunu istər sprey şəkilində üzünüzə püskürdün, ya da pambıqla çəkin. Dərinizin təzəliyini qorumasına kömək edəcək.
 
Alma sirkəsi.
Qan dövranını artıran və PH normasını tənzimləyən alma sirkəsinin bu faydalarından Kleopatra da xəbərdar idi. Bir qabı ilıq su ilə doldurun və stəkanın dörddə biri qədər alma sirkəsi qatın. Bu suyla üzünüzü bir neçə dəfə duruladıqdan sonra özlüyündə qurumasını gözləyin. Üzünüzü bunu etmədən əvvəl təmiz yuyun.
 
Dırnaq boyası yerinə xına. Xına dırnaqları bəsləyir, gücləndirir və qırmızı rəngə boyayır. Kleopatra da hər zaman əl və ayaq dırnaqlarını xına ilə boyayırdı.
 
Bal maskası.
Kleopatra 39 yaşında ölsə də, əfsanələr onun nə qədər gənc və gözəl olduğunu anladır. Bunun da səbəbinin sadəcə bal olduğu deyilir.
 
Kleopatranın üz kremi.
İki iri qaşıq balzamını isidib əriyəndə 2 yemək qaşığı aloe vera  suyu, 4 damcı gül yağı və 1 yemək qaşığı badam yağı, 1 ədəd E vitamin ampulu qatıb nəmləndirici krem olaraq gecə-gündüz istifadə edə bilərsiniz. Soyuducuya qoyub  1 həftə istifadə edə bilərsiniz.
loading...
Offline
  • Şərh №: 2
  • 31 yanvar 2015 13:20
  • Xəbər sayı: 0
  • Şərh sayı: 133
Beyenmedim sekildeki qizi

--------------------
Offline
  • Şərh №: 1
  • 29 yanvar 2015 22:11
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Harasi gozeldiki

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər