Özəl:

Dünya ulduzlarının arıqlama sirrləri



Dünya ulduzlarının arıqlama sirrləri
Televiziya ekranlarında, jurnallarda dünya ulduzlarının incə, zərif və yaraşıqlı görünüşlərinə alışmışıq. Çoxları üçün sirr deyil ki, onlar bu görünüşə çətinliklə nail olurlar. Həmişə formada görünmək üçün estrada və kino ulduzları qida qəbulunda özlərinə ciddi məhdudiyyət qoyurlar, günün bir neçə saatı idmanla məşğul olurlar. Vaxtaşırı kosmetoloq və dietoloqun qəbuluna gedirlər.
Dünya ulduzlarının formada qalmaq və ya arıqlamaq üçün seçdiyi üsullarla tanış olmaq maraqlı olardı.Dünya mətbuatının yazdığına görə, Britni Spirs, Rene Zelveqer və Cenifer Eniston doktor Atkinsin sistemi əsasında arıqlamağa üstünlük verirlər. Bu sistemin əsas prinsipi odur ki, qidada karbohidratların payı yüksələndə insulin harmonunun istehsalı yüksəlir ki, bu da aclıq hissi yaradır. Daimi aclıq hissi isə artıq kiloların alınmasına zəmin yaradır. Bu pəhriz sisteminə əsasən gün ərzində 15-60 qramdan artıq karbohidrat qəbul edilməməlidir. Lakin zülal və yağların həcminə məhdudiyyət qoyulmur. Bu pəhrizə riayət etməklə maddələr mübadiləsinin fəaliyyətini fəallaşdırmaq olar ki, bu da nəticədə çəkinin azalmasına səbəb olar.

Professor Nikolas Perrikin tərtib etdiyi pəhrizdən məşhurlar Cenifer Lopes, Haydi Klum və Kim Ketrol istifadə edir. Pəhrizin mahiyyətində o dayanır ki, bəzi qidalar orqanizmdə suyu saxlayır. Məsələn, pizza, hamburger və bu qəbildən başqa qidalar şişkinlik yaradır. Ona görə də müəllif onlardan imtina etməyin tərəfdarıdır.

Dünya şöhrətli müğənni Beyons etiraf edir ki, dondurma, pirojna, dadlı tort dilimləri onun zəif nöqtələridir. Amma məsələ ondadır ki, müğənninın qarderobu əsasən şort, qısa yubka və donlardan ibarət olduğu üçün bud hissəsində aldığı kilolar xüsusilə diqqəti çəkir. Yeri gəlmişkən, müğənni hamiləlikdə 20 kilodan artıq kökləmişdi. Hazırda isə o ən ideal çəkidə olduğunu söyləyir. Çünki təlimçi Marko Borqeslə həftənin 7 günü 5 saat idmanla məşğul olur. Qidalanmağına da diqqət yetirən Beyonsun menyusunda meyvə-tərəvəzlər, balıq xüsusi yer tutur. Şirniyyatı isə müğənni unutmağa çalışır.

Ancelina Coli son illər həddsiz arıqlığı ilə diqqəti çəkir. Yeri gəlmişkən, Avropa mətbuatı bu baxımdan aktrisanı gənclərə pis örnək ola billəcəyi üçün tənqid edir. O isə bunu sağlam qidalanması, yağlı xörəklərdən və fast-fuddan tamamilə imtina etməsi ilə əlaqələndirir. Bir də Coli deyir ki, uşaqların çoxluğundan və gərgin iş qrafiki səbəbindən gündə 3-4 dəfə yemək yeməyə vaxtı olmur.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər