Özəl:

Hollivud gözəllərinin yeni kəşfi: platin saçlar



Hollivud gözəllərinin yeni kəşfi: platin saçlar
Sarı saçlar heç vaxt dəbdən düşməyib. Ancaq bu qayda 2016-cı ildə pozula bilər. Çünki artıq sarışınların çoxu platin rəngindəki saçlara üstünlük verirlər. Platin sarısını müğənni Teylor Svift dəbə saldı. Onun "Vogue” jurnalı üçün etdirdiyi fotosessiyadan öncə imicini dəyişməsi və saçlarını platin rənginə boyatması yenilik axtarışında olan xanımların nəzərindən yayınmadı. Teylorun ardınca Klaudiya Şiffer, Kristen Styüart, Emelin Valad və Cennifer Laurens də bu rəngin cazibəsinə qapıldılar. Hətta aktrisalar Runi Mara və Emma Ston da qəhvəyi saçlarından vaz keçib yeni trendlə ayaqlaşdılar.

Ancaq bir şeyi etiraf etmək lazımdır ki, platin rəngli saçlar həddən artıq qulluq tələb edir. Yəni, belə saça sahib olmaq iki qat risk deməkdir. Çünki düzgün qulluq edilmədikdə saçlar yana və qırılıb tökülə bilər. Unutmayın ki, Hollivud ulduzları sadəcə saçları üçün həftədə 10 minlərlə dollar xərcləyirlər. Yayın yeni saç trendinə şans vermədən öncə bütün bunları nəzərə almağınız məsləhətdir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər