Özəl:

Halle Berry gözəlliyinin sirri



Halle Berry gözəlliyinin sirri
Hollivudda son zamanlarda ən çox sözü edilən ulduzlardan biri olan Halle Berry təbii gözəlliyi ilə hər kəsin diqqətini çəkir. 2000-ci illərin ən parlaq ulduzları arasında iştirak edəcək Berry çizgisində sadəlik ön plandadir...

1950-ci illərin sənətçilərindən olan Dorothy Dandridgenin həyatından bəhs edən filmdə baş rolda oynayan Halle Berrynin tətbiq etdiyi bəzi qaydalar var:

1) Az daha çoxdur
Halle Berry kameralardan uzaq olduğu zamanlar çox az makiyaj etməyə diqqət göstərir. Tonal kremdən ​​istifadə etmir. Yalnız gözlərinə tuş çəkir, dodaq boyası ilə dodaqlarını rəngləyir. Gənc ulduz beş ildir eyni marka nəmləndirici və təmizləyicidən istifadə edir. Makiyaj vasitələrini tez-tez dəyişdirməyin təhlükəli olacağına inanır. O, qaşlarına böyük qayğı göstərir və hər bir qadın üçün də qaşların çox böyük əhəmiyyət daşıdığını düşünür. 

2) Saçlarınız yalnız sizə aiddir
Halle Berry saçlarının boyu və stili haqqında verilən təklifləri qulaqardına vurur. Saçlarını öz zövqünə görə kəsdirib darayır. Gənc oyunçu saçlarının sanki heç əl dəyməmiş kimi dağınıq bir görünüşdə olmağını istəyir. Beş həftədə bir refle etdirir. Saçlarına nəmləndirici təsiri olan məhsullar tətbiq edir.

3) Zehin və bədən məşqləri
Bir il əvvələ qədər Berry çox yorucu bədən məşqlərinə maraq göstərmişdi. Bir ildir yoqayla məşğul olur. Yoqanın eyni zamanda zehin gimnastikası olduğunu da vurğulayan sənətçi əzələlərini gücləndirən hərəkətlərə üstünlük verir.

4) Cəsur olmaq lazımdır
Halle Berry deyir ki, cazibədar və cəlbedici qadın ola bilmək hər şeydən çox cəsarətdən asılıdır. Makiyajda və geyimdə cəsur qərarlar verə bilən qadınlar cazibədar ola bilərlər. Berry buna inanır və bütün qadınların ondan nümunə götürmələrini istəyir

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər