Özəl:

Cennifer Lopez-in gözəllik sirrləri



Cennifer Lopez-in gözəllik sirrləri
Cey Lo "US Weekly" jurnalına gözəlliyini qorumaq üçün həddən çox əziyyət çəkdiyini deyib. O, ilk növbədə alkoqol və siqaretdən uzaq durduğunu vurğulayıb:

"Yaşlanmaq insanın dərisinə mütləq təsir edir. Qidalanmamda göyərtilərə çox üstünlük verirəm. Əkizlərim də, yaxşı ki, göyərtini xoşlayırlar. Evimizdə ən çox yediyimiz şeylər brokoli, Brüssel kələmi, qulançar (mərəçüyüt) və digər tərəvəzdir".

Yemək bişirməyi sevən Cennifer tez-tez mətbəxə girir:

"Çoxlu yemək bişirirəm. Xüsusilə də, Puerto-Riko yeməklərini..."

İfaçı dərini günəşdən qorumanın vacibliyini də qeyd edib:

"Heç zaman günəşin altında çox qalmıram. Elə hallar vacib olanda isə mütləq qoruyucu kremlər çəkirəm".

Lopez hər zaman fürsət tapmasa da, 10 saat yatmağın ona çox yaxşı təsir etdiyini deyib. O, bəzən 7 saatla kifayətlənməli olur.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər