Özəl:

Soyuq havalarda gözəl görünməyin ipucları



Soyuq havalarda gözəl görünməyin ipucları
Qışın girməsinə hələ bir neçə həftə qalsa da, soyuq havalar öz sözünü deyir. Buna görə də ilk olaraq bədəni qış aylarına hazırlamaq lazımdır.

Dərini mənfi hava şərtlərindən qoruyun!

Payızdan qışa keçid dövründə orqanizmin hər bölgəsi üçün xüsusi baxım etmək dəri üçün olduqca əhəmiyyətlidir.
Əl və ayaqlarınıza nəmləndirici krem çəkin. Soyuq hava dərini daha da qurutduğu üçün dəri tipinə uyğun maskalar çəkin. Dəri tipinə uyğun gündüz və gecə kremlərini istifadə etməyi qətiyyən  unutmayın.

Artıq çəkidən xilas olun

Qış geyimləri qalın olduğu üçün bizi olduğumuzdan daha kök göstərir. Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, pəhrizə başlamaqda fayda var. İdman edin, gəzin, sağlam qidalanın və qışda daha incə olun!

Stressdən uzaq durun

Stress başdan-ayağa qədər bədənə mənfi enerji göndərərək dəri hüceyrələrinə zərər verir. Ağacı qurd, insanı isə dərd yeyir. Sızanaq, saç tökülməsi, üzdə görünən fəsadlar stress hesabına yaranır. Bu səbəblə stress verən məkanlardan və insanlardan uzaq gəzin.

Tüklərdən epilyasiya ilə xilas olun

Qışda qalın geyindiyimiz üçün bədəndəki tüklərin görünmədiyini düşünə bilərsiniz. Lakin bu özünüzə laqeyd yanaşmanın sübutudur. Hər şeydən əvvəl özünüzə hörmətinizdən dolayı baxımlı olun. Lazer epilyasiyası qış mövsümü tüklərdən xilas olmaq üçün ideal üsuldur.

Saçlarınıza diqqət edin

Qadınların ən vacib aksessuarlarından biri də şübhəsiz ki, saçlardır. Hansı qadın möhtəşəm saçları ilə kişiləri ovsunlamaq istəməz ki?!
Yayda qurumuş və korlanmış saçlara qışa girmədən təbii maskalar çəkin, beləliklə də qışa hazır girmiş olacaqsınız.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər