Özəl:

Sağlam dodaqlar üçün bunları nəzərə alın



Sağlam dodaqlar üçün bunları nəzərə alın
Dişlərimizlə, gözlərimizlə ya da əllərimizlə necə yaxından maraqlanırıqsa eyni diqqəti dodaqlarımız üçün də göstərməliyik.
Ümumiyyətlə dərimiz, ölü ya da canlı 16 laydan meydana gələrkən dodaqlarımızda bu ədəd yalnız 3-dür. Xırda damarlar baxımından olduqca zəngin olan dodaqlar, incə forması səbəbi ilə qan təzyiqi fərqindən yana asanca rəng dəyişdirə bilər. Yaxşı, dodaqlarımızı necə qoruya bilərik?

Əvvəlcə dodaqlarımızı yalamaqdan imtina etməliyik. Hər nə qədər dodağımızın bu sayədə nəmləndiyini düşünmək məntiqli olsa da bunun təkə o anlıq olduğunu unutmamalıyıq. Dahası dilimik sayəsində daşınan tüpürcəyin, əslində yeməkləri parçalama vəzifəsi olduğunu və dodağın həssas quruluşuna zərər verə biləcəyini ağılınızdan çıxarmayın.

Dodaqlarınızla oynamayın, çəkişdirməyin ya da dişləməyin.
Bol - bol su için, hər stəkan suyun dəriniz üçün bir nemət olduğunu ağılınıza yazın.

Dodaqlarınızı soyuqdan qorumaq üçün dodaq dərisi üçün xüsusi olaraq hazırlanan kremlər istifadə edin. Ayrıca yaz günləri üçün 15 qoruma faktorlu dodaq qoruyucu krem istifadə etməyə laqeyd yanaşmayın, həssas forması səbəbi ilə asanca çatlaya bilər.

Kosmetik məhsullarında xüsusilə nəmləndirici xüsusiyyəti olanları seçməyə çalışın. Xüsusilə,tərkibində  spirt saxlamayan məhsullar istifadə etməniz sizin faydanıza olacaq.

Ağızınızdan nəfəs almamağa çalışın, aldığınız hər nəfəsin dodaqlarınızdakı nəmi alıb apardığını unutmayın.
B və E vitaminləri, dəriniz və dolayısı ilə də dodaqlarınız üçün əhəmiyyətlidir. Naharlarınızda bu vitaminlərin bolca olduğu yeməkləri seçin.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər