Özəl:

Toy günü təravətli gəlin obrazında görünməyin asan yolları



Toy günü təravətli gəlin obrazında görünməyin asan yolları
Ev şəraitində təravətli görünməyin yolları
Əgər salona getməyə vaxt və maddi problemlər imkan vermirsə, o zaman toydan əvvəlki günü mütləq özünüzə ayırın. Hər gün toyunuz olmur, bunu unutmayın, yorğun və əldən düşmüş gəlin obrazında olmaq hələ heç kimi gözəl göstərməyib.

Hamımız bilirik ki, su proseduraları sağlamlıq və gözəllik üçün nə dərəcədə əhəmiyyətlidir. Onun üçün müxtəlif efir yağlarından, güllərdən və ya dəniz duzundan istifadə edərək vanna hazırlayın və ya kontraslı duş qəbul edin. Daha sonra istifadə etdiyiniz bədən kremi ilə dərinizi qidalandırın. Kremdən əlavə siz zeytun, dəniz duzu və üyüdülmüş qəhvədən hazırlanmış təbii skrabla bədəninizi təmizləyə bilərsiniz. Bu skrab dərinizi ölmüş hüceyrələrdən təmizləyərək, dərinizə xüsusi parıltı və hamar görünüş verəcək.

 

Bir neçə dəqiqəyə sizi gözəlləşdirəcək maska

Üz dərisinə qulluq üçün ilk olaraq buxar vannası qəbul edin. Bunun üçün müxtəlif otlar və yağlardan istifadə edə bilərsiniz. Məsələn, çobanyastığı, çay ağacı yağından hazırlanmış buxar vannası dərinizdə məsamələrin açılmasına səbəb olacaq ki, ondan sonra qoyulan istənilən maska çox gözəl effekt verəcək. Daha sonra ev şəraitində hazırlanmış müxtəlif maskalardan istifadə edin. Məsələn, banandan hazırlanmış maskalar dərini ağardır, qidalandırır, parıltı və təravətli görünüş verir. Yağlı və quru dərilərdən asılı olaraq maskanın tərkibi dəyişir.

Yağlı dərilər üçün olan resept:
bir xörək qaşığı əzilmiş bananı bir çay qaşığı limon və bir yumurta ağı ilə qarışdırın. Üzünüzə çəkin və 15 dəqiqə saxlayıb, daha sonra ilıq su ilə yuyun.

Quru dərilər üçün resept: 1 xörək qaşığı əzilmiş bananı bir çay qaşığı zeytun yağı, eyni miqdarda qidalandırıcı krem və bir neçə damcı limonla yaxşı qarışdırın. 15 dəqiqə saxlayın və ilıq su ilə yuyun.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər