Özəl:

Qocalmadan qaralın!



Qocalmadan qaralın!
Yay artıq başa çatır. Yayın son günlərindən istifadə edərək dərisini daha da qaraltmaq istəyənlər günün çox hissəsini çimərliklərdə keçirməyə çalışırlar. Amma çoxları gözəlləşmək üçün dərilərinə nə qədər ziyan vurduqlarının fərqində belə deyillər.

Yeniqadın.Biz-ın anspress-ə istinadən məlumatına görə, türk mütəxəssisi Figen Akın gün işığı ilə bir başa təmasın dəri hüceyrələrini öldürdüyünü, kollajen parçalanmasına, nəticədə dərinin ləkələnməsinə, elastikliyin itirilməsinə, qırışların artmasına və erkən yaşlanmaya səbəb olduğunu deyir. Bundan əlavə üzmək üçün hovuza üz tutanlar bilməlidir ki, bu sudakı xlor dərinin quruluğunu artırır.

"Su dəri üçün ən önəmli nəm qaynağıdır. Buna görə, yayda su qəbulu gündə azı 6-8 stəkana çatmalıdır. A, E və C vitaminləri ilə bol qidalar, tərəvəz, meyvə istifadəsi çox olmalıdır. Yerkökü, pomidor, cəfəri kimi karotenlə zəngin məhsullar dərini günəşin zərəli təsirindən qoruyur".

Dərinin itirdiyi nəmi bərpa etmək üçün əlavə vasitələrdən də istifadə etmək zəruridir. Məsələn, gün kremləri, nəmləndirici kremlər və sairə. Xüsusilə 35 yaşdan sonra mezoterapiyalar dəri üçün faydalıdır.

Bol-bol tərəvəz, meyvə, zeytunyağı, paxlalılar,pendir,balıq yeyənlərdə günəşlə bağlı dəri problemlərinə daha az rast gəlindiyi bəlli olub.

ANS PRESS sağlam qaralmaq üçün bir necə peşəkar məsləhəti təqdim edir.

Bədəninizin eyni şəkildə qaralması üçün sabit uzanmayın. 15 dəqiqədən bir istiqamətinizi dəyişin. Gün kremlərindən mütləq istifadə edin. Günün çox qızmar saatlarında günəş şüaları altında qalmayın.

Qaralmağa başlamadan 15 gün öncə yerkökü yeyilməyə başlansa daha qalıcı qaralma əldə etmək olar.

İlk günlərdə gün altında 20 dəqiqədən çox qalmayın.

Kremləri günə çıxmadan azı yarım saat öncə sürtün.

Günəş vannası qəbul edərkən üzünüzü və başınızı şapka, gün eynəyi ilə qoruyun.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər