Özəl:

Makiyaj və cazibədar dodaqlar üçün sadə məsləhətlər



Makiyaj və cazibədar dodaqlar üçün sadə məsləhətlər
Günümüzdə bir çox qadın gözəl görünmək istəyir. Gözəlliyin zirvəsinə yiyələnmək üçün cazibədar makiyaj üsullarına və sadə dodaq boyalarına üz tutanlar az deyil. Tarixin klassik və məşhur makiyajlarından biri olan pişik gözü fərqliliyi ilə diqqəti cəlb edir.

Bu makiyaj gözlərin dar görünməsini təmin edir və gözlərin künclərinə çəkir. Beləcə üz nahiyəsi daha incə görünür.

Seksual və dolğun dodaqlara sahib olmaq üçün isə onları canlandırmaq, nəmləndirmək, qorumaq və s. sadə prosedurlara fikir vermək lazımdır.

Dodaqlarınızın daha dolğun görünməsi üçün canlandırma önəmlidir. Şəkər və balı qarışdıraraq dodaqlarınızı masaj edin. Asta sürtməklə siz həm də pelinq effekti yarada bilərsiniz.

Dodaq boyasını quru dodağa çəkməyin. Əks təqdirdə çatlamış və qırış görüntü əldə edəcəksiniz. Çalışın boyadan öncə nəmləndirici vasitələrdən istifadə edin.

Sadəcə yayda yox, qışda da dodaqlara xüsusi qulluq lazımdır. Dodaq boyası alarkən tərkibində qoruyucu vasitələr olanları seçin.

Dodaqlarınızın daha seksual və dolğun görünməsi üçün onun cizgilərini müəyyən edin. Bunun üçün pomada rəngində bir qələmdən istifadə etmək olar.

Yaxşı nəticə almaq üçün boyanı fırça ilə sürtün. Bu sayədə çatlaqlar və qırışlar daha görünməz olacaq.

Dodaq boyası sürtəndən sonra artıqları təmizləmək üçün üzərinə bir salfet qoyun. Bu sahədə artıq boya salfetə hopacaq.

Unutmayın ki, hər kosmetika kimi dodaq boyasının da son istifadə müddəti var. Tarixi keçən boya əsla gözəl görünməyəcək.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər