Özəl:

Gənc və gözəl görünmək istəyən xanımlara cavanlıq eliksiri



Gənc və gözəl görünmək istəyən xanımlara cavanlıq eliksiri
Son vaxtlar kosmetologiyada geniş yayılan prosedurlardan biri də plazmaterapiya üsuludur. Plazma ilə müalicə üsulu plazmaliftinq və PRP də adlanır. Lakin ona "cavanlıq eliksiri" də deyilir. Bunun da bir çox səbəbləri var. "Cavanlıq eliksiri" ilə plazmaterapiya arasındakı əlaqədən danışan həkim-kosmetoloq Günay Mikayılova bu prosedurun məqsədi, digər kosmetik üsullardan fərqi və üstünlüklərindən bəhs edib.

G. Mikayılovanın bu barədə fikirlərini təqdim edirik.

İlk növbədə onu bildirək ki, plazmaterapiya üsulu insanın öz qanı ilə həyata keçirilən prosedurdur. İnsan orqanizmində qan özü bir orqandır. Digər orqanlardan fərqi sadəcə duru halda olmasıdır. Bu orqan toxumasının tərkib hissəsi olan hüceyrə və hüceyrəarası maye var.

Qan hüceyrələri - eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdən ibarətdir. Hüceyrələrin 99%-dən çoxunu eritrositlər meydana gətirir. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər qanın laxtalanmasında iştirak edirlər. Hüceyrələrarası maye isə plazmadır. Plazma qanda olan hüceyrəarası toxumadır. Həkim-kosmetoloq plazmanın tərkibində olan bir çox maddələrin müsbət təsirlərə malik olduğunu qeyd edir: "Plazmaterapiyadan əldə etdiyimiz nəticə trombositlərin plazmada qalması hesabına həyata keçirilir. Trombosit ən asan əldə edilən kök hüceyrələri hesab olunur. Kök hüceyrələri yeridən hissədə normada hansı toxuma aktiv olmalıdırsa, həmin toxumanı stimulyasiya edir. Plazmaterapiyada pasientdən aldığımız qanı tərkib hissələrə bölürük və trombositləri plazmada saxlayırıq. Müalicə olunacaq hissəyə yalnız qandan ayrılan trombositlər yeridilir. Trombositlər yenilənmə və bərpa funksiyasını öz üzərinə götürdüyü üçün şikayət edilən hissədə hüceyrələr aktivləşir, yenilənir və normal fəaloyuyətə qayıdır. Bildiyimiz kimi insan yaşlaşanda bir çox hüceyrələr funskiyasını itirir. Trambositlər isə hüceyrələri aktivləşdirdiyi üçün plazmaterapiyaya "cavanlıq eliksiri" deyilir".

Plazmaterapiya məşhur mezo terapiya üsulunu bir qoludur. Şikayət edilən hissəyə iynə inyeksiyası vasitəlisə həyata keçirilir. Mezoterapiyadan yeganə fərqi odur ki, buradakı maddə insan orqanizminin öz resursu ilə həyata keçirilir.

Plazmaterapiya necə həyata keçirilir?
Plazmada olan trombositləri əldə etmək üçün üsul mövcuddur. G. Mikayılova bildirir ki, ilk növbədə xüsusi sınaq şüşələri olmalıdır: "Bu, adi laborator şüşələri deyil. Çünki bu şüşələrin içində xüsusi bölücü gel olur. Qan alındıqdan sonra bu şüşəyə yığılır və xüsusi fırlanan aparata qoyulur. 5 dəqiqə 45 dərəcə bucaq ətrafında fırlanaraq, həmin gel eritrositlər və leykositlərin çökməsinə imkan yaradır. Lakin trombositlər çökmür. Plazmada qalan trombositlər isə bizə lazım olan maddədir və məhz bu maddə üzə, digər müalicəsinə ehtiyac olan hissəyə iynə ilə yeridilir. Damardan 8 qram qan alınır və əldə edilən 5 qram trombositlə zəngin plazma pasientə vurulur".

Plazmaterapiyanın təsir dairəsi:
- Üzdə geniş məsamələrin qarşısını alır

- Xırda ləkələri aradan qaldırır

- Üz dərsinin qeyri-hamar rəngini bərpa edir

- Müəyyən statik qrışların qarşısını alır

- Dərinin yağlılığını azaldır

- Dəridəki quruluğu aradan götürür

- Səpkiləri aradan qaldırır

- Ləkələri aradan qaldırır

- Saç tökülməsinin qarşısını alır

- Dəri sallanmasını aradan qaldırır

- Oynaq və bel ağrılarının müalicəsində istifadə edilir

- Ginekoloji problemlərin müalicəsində istifadə edilir

Yuxarıda sadalananlar isə cavanlaşmaya gətirib çıxarır.

Fərqi və üstünlüyü
Plazmaterapiya prosedurunun tarixi keçmiş zamanlara gedib çıxır. Belə ki, lap qədim dövrlərdə tibdə bir çox xəstəliklərin müalicəsində qanı damardan alıb əzələyə vurma, yəni outogematerapiya prosedurundan istifadə edilib. Uzun illər tətbiq edilən bu üsuldan müsbət nəticələr əldə olunub: "Plazamaterapiya outogematerapiyanın son nəslidir. Sadəcə olaraq, plazmaterapiyada qan hüceyrələri ayrılır və bizə lazım olan trombositlər əldə edilir. Plazmaterapiya üsulundan sadəcə kosmetik müalicələrdə istifadə edilmir. Hətta oynaq ağrılarının müalicəsində oynaq ətrafı toxumalara vurulur. Eləcə də, ortroz və ostroxondroz, bir çox dəri problemləri və qadın xəstəliklərinin müalicəsində də geniş istifadə edilir".

Plazmaterapiyanı istənilən mövsümdə tətbiq etmək olar. Lakin bu şərtlə ki, yayda mütləq günəş kremindən istifadə edilsin. Plazmaterapiyanın seansı pasientin problemindən asılı olaraq individualdır: "Əgər problem səpkilərdirsə, iki həftədən bir və 5-6 seans təyin edilir. Əgər məqsəd cavanlaşmadırsa, 3 həftədən bir və ya ayda bir dəfə 3-4 seans kifayət edər. Yaş məhdudiyyəti yoxdur. Lakin unutmaq olmaz ki, bu, orqanizmin özünün resursu ilə həyata keçirilən prosedurdur. Təbii ki, 60 yaşlı xanıma plazmaterapiya etmək olar. Lakin istədiyimiz nəticəni almaq çətindir. Çünki artıq onun qanında olan maddələrin aktivliyi aşağı düşüb və zəifləyib".

Digər prosedurlardan üstünlüyü və fərqi odur ki, allergiya təsiri yoxdur. İkinci ən böyük fərq isə heç bir digər kənar maddə və qatqı olmadan, yalnız insanın öz orqanizminin resursu ilə həyata keçirilməsidir: "Plazmaterapiya etdirmək istəyən insanın sağlamlığından olan hər hansı problem bu prosedura təsir etmir və əks göstərici yaratmır. Əsas odur ki, pasientin qanında olan trombositlərin səviyyəsi normal olsun".
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər