Özəl:

Qızlar üçün 10 vacib hiylə



Qızlar üçün 10 vacib hiylə
1. Quru şampunu
Bəzi firmalar saçlardakı yağı özünə çəkən, paraşok halında quru şampun istehsal edir ki, bu da saçın canlı, təmiz görünməsini təmin edir. Adi soda ilə bunu əvəz etmək olar. Tələsirsiniz, saç yumağa vaxt yoxdursa, saç köklərinə bir çimdik yemək sodası səpin. Saçları ehtiyatla əksinə darayın. Soda əvəzinə bəzən un istifadə edirlər. Amma bunu açıq rəngli saçlara etmək lazımdır ki, bilinməsin.

2. Gözlərin makiyajını tez düzəldək
Tuj, ten, qələm səliqəsiz alınıbsa, yaxud yayılıbsa, ucu pambıqlı çubuğu makiyaj təmizləyənə batırın və yayılanları silin.

3. Ayaqdakı döyənəkləri yumuşaltmaq
Yatmadan öncə ayaqdakı döyənəklərə qalın vazilen çəkilir. Səhər durduqda döyənəyin yumuşaldığını görəcəksiniz. Artıq qoparda və ya sürtə bilərsiniz.

4. Ətirli saçlar
İstənilən ətiri darağa səpin və saçları diblərindən ucuna kimi darayın. Saçlarınız gün boyu ətir qoxacaq. Saçlar qoxunu gözəl saxlayırlar.

5. Süni qaralma
Bəzən süni qaralma ağardıqda qeyri-bərabər açılır, ləkə qalır. Lif və ya süngərin üzərinə yemək sodası tökülür, yüngülcə tünd yerlərə sürtülür.

6. Saç lakı
Fenlənmiş saçaların dağılmaması üçün lakı darağa sıxıb tez saçların kökündən ucuna kimi çəkin. Saçlar parlaq və səliqəli olacaq.

7. Lasyоn bədən üçün
İstifadə etdikcə dəriniz quruyursa, qabıq qoyursa, losyona uşaq kremi qatın. O dərinizi nəmləndirəcək və yumuşaldacaq.

8. Ərik yağı
Quru qabarların meydana gəlməsinin qarşısını almaq Ərik yağını (apteklərdə satılır) təzə qabarların sərtləşməsinin qarşısını almaq üçün problemli sahəyə damcıladın. Gözləyin ki, yağ hopsun.

9. Göz üçün layner
Layner yayılırsa, dağılırsa, 15 dəqiqəlik dondurucuya qoyun. Bu zaman layner nazik və səliqəli çəkiləcək.

10. Sızanaqlardan xilas olun
Yeni çıxmış sızanağın üzərinə diş məcunu çəkin, 15 dəqiqə saxlayın, yuyun. Məcun sızanağı qurudur və yağı özünə çəkir.

loading...
Offline
  • Şərh №: 1
  • 2 iyun 2018 22:55
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Viagra Et Cialis Pas Cher cialis without prescription Cheap Ed Meds Uk

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər