Özəl:

Bu məsləhətlərə qulaq asın - peşman olmazsınız



Bu məsləhətlərə qulaq asın - peşman olmazsınız
Çox effektli olduğu söylənilən gözəlik tövsiyələrini sizin üçün topladıq.

Gecə yatmadan əvvəl saç diblərinə quru şampun sürtmək səhər yağ və tərdən təmizlənmiş saçlarla oyanmanızı təmin edər.

İstənməyən tüklərdən qurtulmaq üçün təraş üsulundan istifadə edirsinizsə, dərinizə hindqozu yağı sürtün. Tez qıcıqlanan dəriniz varsa, çox yumşaq edəcək. 

Dırnaqlarınızı rəngləyərkən istənməyən qabarcıqlar olmasın deyə dırnaq boyalarınızı soyuducuda saxlayın. İstilik ilə reaksiyaya keçən dırnaq boyaları cilalanır və qabarcıqlar yaranır. Həm də soyuducuda saxlanan dırnaq boyasını çəkdikdən sonra tez quruyur. 

Hindqozu yağı yaz mövsümümün saçlarınızda yaratdığı elektriklənməyə çox faydalıdır. Saçlarınızı sağlamlığına və əvvəlki yumşaqlığına qaytarır. 

Qabartma tozu dişlərinizdəki ləkələri təmizləyir. Effektli bir nəticə üçün ayda ən azı bir dəfə etməyi unutmayın. 

Yayda çimərlikdən qayıtdığınızda dərhal duşa girməyəcəksinizsə, dərinizə yapışan qumları körpə pudrası ilə rahatlıqla təmizləyə bilərsiniz. 

Günəş yanığından təsirlənən dəriyə aloe vera və buz kubları ilə müdaxilə edə bilərsiniz. Aloe vera soyuq şəkildə istifadə edilsə, yanan hissələrdəki gərginliyi azaldacaq və ağrını dindirəcək. 
Təraş bıçağınız paslanmasın deyə zeytun yağında saxlayın. Həm də təraş losyonu yerinə zeytun yağı istifadə edə bilərsiniz. 

Qaşlarınızdakı boşluğu doldurmaq üçün qələm istifadə edirsinizsə, yay istiliyində işiniz çətinləşə bilər. Qələmin istidən əriməsi sizi qorxulu film qəhrəmanlarına bənzədə bilər. Ona görə saç spreyi istifadə edin.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər