Özəl:

Burun formasının korreksiyası



Burun formasının korreksiyası
Bununun ölçülərinin və formasının korreksiyasına yönəlmiş cərrahiyyə əməliyyatı "rinoplastika" adlandırılır.

Rinoplastika ən mürəkkəb plastik əməliyyatlardan biri sayılır. Burunun əyri, qeyri-proporsional (çox böyük, enli və s.) olması, burun donqarı, burun çəpərinin əyriliyi, burun travmaları və anadangəlmə patologiyaları rinoplastika üçün göstəriş sayılır.

Rinoplastika əməliyyatı üçün müəyyən əks-göstərişlər var: bəzi ürək xəstəlikləri, şəkərli diabet, onkoloji proseslər, böyrək və qara ciyər patologiyaları, qanın laxtalanmasının pozulmaları, əməliyyat sahəsində olan iltihablar və s. Üz skeleti (və o cümlədən burun) 18 yaşına kimi tam formalaşır. Bu səbəbdən bu yaşa kimi rinoplastika yalnız istisna hallarda həyata keçirilə bilər (məsələn, çəpər əyriliyi səbəbindən burun nəfəsalması ciddi pozulduqda, bəzi anadangəlmə patologiyaları zamanı və s.).

Əməliyyat ümumi narkoz vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı üsulla həyata keçirilə bilər. Açıq əməliyyat zamanı burun yollarını ayıran dəridə kəsik aparılır,  burunun dərisi tam qaldırılır. Əməliyyatdan sonra dəri öz yerinə qaytarılır və kəsik tikilir. Qapalı əməliyyat zamanı kəsiklər yalnız burunun içərisində selikli qişada aparılır. Lakin bu halda həkim "kor-korana" işləməyə məcbur olur.

Qapalı əməliyyatdan sonra reabilitasiya dövrü açıq əməliyyatla müqayisədə daha qısadır. Hər bir konkret halda əməliyyatın üsulunu əməliyyatın məqsədindən və s. amillərdən asılı olaraq həkim seçir.

Əməliyyatdan sonra buruna qips sarğısı qoyulur. Sarğı təxminən 1-2 həftədən sonra çıxarılır.

Əməliyyatdan sonra üzdə müəyyən müddət ərzində şişkinlik və göyərmələr qalır. Bu normal haldır və bundan qorxmaq lazım deyil.

Əməliyyatdan sonra 2 həftə ərzində fiziki və digər sosial aktivlik əks-göstərişdir. Çox soyuq və isti qadaları qəbul etmək, eynək taxmaq olmaz və s. (ətraflı məlumat həkim verməlidir).

Bütün digər əməliyyatlarda olduğu kimi bu əməliyyatın da müəyyən riskləri və yanaşı təsirləri mövcuddur. Belə ki, rinoplastikadan sonra güclü qanaxma, irinləmə, sepsis mümkündür. Yanaşı təsirlərin arasında: iybilmənin tam və ya qismən itməsi, nəfəsalmanın pisləşməsi, burun çəpərinin əyriliyi, bitişmələr, iltihablar və s. Bəzən təzə burunun forması pasienti qane etməyə bilər.

Bu səbəbdən yalnız müasir kosmetoloji klinikalara və ixtisaslaşmış təcrübəli mütəxəssislərə müraciət edin.
 


İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər