Özəl:

Dişləri ağartmağın təbii üsulları



Dişləri ağartmağın təbii üsulları
Çiyələk: Gözəl dadı və xoş qoxusu ilə yanaşı çiyələk dişlər üzərində ağardıcı təsir malikdir və ləkə yaranmasının qarşısını alır. Lakin çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verməməsi üçün onu yedikdən sonra su için.
Portağal: Bu meyvənin içindən təbii diş məcunu əldə edilir. Həftədə bir neçə dəfə portağal qabıqlarını dişə sürtmək yaxşı təsir edir.
Alma sirkəsi və limon suyu: Dişi ağartmaq üçün istifadə edilən dərmanlar və cihazlar diş minasına zərər verir və çürüklərin yaranmasına yol aça bilər. Buna görə də diqqətli şəkildə istifadə edilməlidir.
Ən sağlam ağardıcı məhsullar lifli qidalardır: Dişlərə ləkə verən bakteriyalardan təmizləyib ağız və diş sağlamlığında vacib rol oynayır. Bunlar: alma, yerkökü və armud ola bilər.

Dişləri möhkəmləndirmək nələ etməliyik?
Süd: Kalsiumla zəngin olduğu üçün çənə sümüklərini gücləndirib diş əti xəstəliyindən qoruyur.
Somon balığı: Uşaqlarda dişlərin inkişafına yardım edir. D vitamini və kalsiumla zəngindir.
C vitamini: C vitamini dişin sərt təbəqəsini gücləndirir və dişləri turşulara qarşı qoruyur və diş əti iltihabını müalicə edir.
Su: Ağız içini təmizləyici təsiri mübahisə olunmazdır.  Ağızda quruluğun yaranmasının qarşısını alır.
Brokoli: Diş minası üzərində qoruyucu təbəqə yaradır.
Badam və quru meyvələr: Ağızda təmizləyici təsirə malikdir və çirk yaranmasını azaldır.
Çobanyastığı: Bu təbii məhsul ilə dişi fırçalamaq və qarqara etmək ağız sağlamlığı üçün çox vacibdir.
Nanə: Nanə dişləri ağartması ilə birlikdə ağıza təravətləndirici qoxu qazandırır.

Diş həkiminiz dişləri 3 ton ağarda bilər
Dişləri tibbi üsulla daha tez ağartmaq mümkündür. Dişlərdəki rəng dəyişikliyi diş minası üzərində tətbiq edilən ağardıcı məhsullarla həyata keçirilir. Müalicədən sonra dişlərin rəngi 2-3 ton ağarır. Həkiminin nəzarəti ilə dişlərin ağardılması heç bir zərər vermir. Müalicə zamanı və bir müddət dişlərdə həssaslıq ola bilər. Ancaq həssaslıq keçicidir. Dişlərin ağlığını itirib əvvəlki rəngə çevrilməsi isə qidalanmadan asılıdır.
loading...
  • Şərh №: 2
  • 28 iyul 2014 14:03
  • Xəbər sayı: 0
  • Şərh sayı: 0
Dislerim agdi.pastadan aslidi mence
Offline
  • Şərh №: 1
  • 28 iyul 2014 12:44
  • Xəbər sayı: 0
  • Şərh sayı: 38
Maraqli melumatdi tskler

Maraqli melumatdi tskler

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər