Özəl:

Liposaksiya nədir?



Liposaksiya nədir?
Liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur.
Hal-hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayaılmış cərrahi üsuludur.

Liposaksiyanı 20-ci əsrin estetik cərrahiyə sahəsində inqilabi nəaliyyəti adlandırmaq olar.
Göstərişlər. Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə (məslən: bel nahiyyəsinin liposaksiyası+abdominoplastika, alt çənə nahiyyəsinin liposaksiyası+liftinq (yuxarı çəkilmə) ) birlikdə oluna bilər. Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı oturur. Liposaksiyanın olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır.

Əks göstərişlər:
- İstənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər.
- Ümumi piylənmə
- Dartılmış dərinin sallanmasında, bədən qurluşunun piy toxuması ilə əlaqəsi olmayan (sümük-əzələ sistemi, qarın boşluğu orqanları, vəs. ilə bağlı) dəyişikliklərində.
Liposaksiya müxtəlif nahiyələrdə aparıla bilər.Üz,boyun,qarın,sarğı və bud nahiyısində.Əməliyyatın nəticəsinin uğurlu olmasının önəmli faktoru dərinin elastik olmasıdır.

Həmişə gözəl görünmək arzusu ilə!

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər