Özəl:

BBL nədir?



BBL nədir?
Elmi araşdırmalar nizamlı olaraq tətbiq edilən BBL (Broad Band Light) müalicələrinin dərini yeniləyib gəncləşdirdiyini, dərinin yaşlanmasını təbii görünüş ilə təmin edən formada gecikdirdiyini sübut edib. Qısası, bu üsul yaşlanmanı gecikdirir. Daha gənc görünüş əldə etmək üçün mindən çox gen sturukturu yenilənir, nəticədə elastiklik itkilərindən azalma və daha çox kollagen təcrübəsi ilə incə qırışlarda və piqmentasiya nizamsızlıqlarında düzəlmə təmin edilir. Sonsuz gənclik tətbiqi nəticəsində dəri təzə, diri və cavan görünüş alır.
 
Təsir mexanizmi nədir?

BBL geniş zolaqlı işıq mənasını verir. Yaşlanmış və köhnəlmiş dərinin keyfiyyətini və görünüşünü yaxşılaşdırmaq məqsədilə, derma təbəqəsinin yenidən yaradılması məqsədini daşıyır. Bu aparat müxtəlif dalğa boylarında dağılaraq irəliləyən işıq istehsal edir.
Hər bir dalğa boyu toxumalarda fərqli rənglər yaranır və həmin rəng verən maddələr dəri tərəfindən yeyilir. Dəridəki incə qırışlar, rəng nizamsızlığı, ləkələr, kiçik damarlardan görünən qızartılar, sallanmaların aradan götürülməsi və dəri cavanlaşmasında istifadə edilən ən yaxşı üsuldur.
 
BBL ilə dəri yenilənməsi müalicəsi aparılmayan, günəş şüalarının yaratdığı dəri yaşlanmasına məruz qalmayan, 30 yaşdan az 5 könüllüdən eyni formada dəri biopsiyası götürülərək təcrübə aparılıb. Məlum olub ki, sonsuz gənclik tətbiqi aparatı dəri xərçənginin də qarşısını alır.
 
Üç seans BBL müalicəsindən sonra dərinin molekulyar yaşının 10 yaş əvvələ qayıtdığı müşahidə edilib. Klinik olaraq qiymətləndirildiyində 3 BBL müalicəsindən sonra dərinin görünən yaşlanma parametrləri baxımından yaxşılaşma və inkişafa doğru getdiyi görülübb. Üstəlik, incə qırışlar və rəng tarazsızlığı azalaraq, təbii dəri görünüşü bərpa edilib.
 
Dəri gəncləşdirməsi və yenilənməsi
Yaşlı xəstələrin müalicə edilmiş və edilməmiş bölgələrindən və gənc xəstələrdən alınan toxuma nümunələri molekulyar səviyyədə histolojik olaraq araşdırılaraq, nəticələr müqayisə edilib. Histolojik araşdırmada yaşlı xəstələrin müalicə edilmiş bölgələrində elastiklik itkisi səbəbindən yaranan qırışların müalicə edilməyən bölgəyə nisbətən diqqətə çarpan dərəcədə azalması müşahidə edilib. Bundan başqa, müalicə edilən bölgələrin epidermal qalınlığının ciddi formada artdığı təsbit edilib. Gen strukturları müqayisə edildikdə yaşlı xəstələrin müalicə edilən dəri nümunələri müalicə edilməyənlərə nisbətən gənc xəstələrdən götürülən dəri nümunələrinə daha çox oxşadığı bəlli olub.
 
Neçə seans olmalıdır?
İdeal seans minimum 3 həftədən bir olmaqla 3 seansdır. Daha sonra isə 6-8 ayda bir seans edildikdə dərinin gəncləşməsini hər zaman qorumaq olar. BBL tətbiqi ağrılı deyil. Yumşaq istilikdən başqa heç nə hiss edilmir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər