Özəl:

Dəriyə qulluq zamanı hansı yağlardan istifadə etməli?



Dəriyə qulluq zamanı hansı yağlardan istifadə etməli?
Adətən, dəriyə qulluq deyəndə müxtəlif brendlərin istehsal etdiyi losyon, tonik, krem, maska kimi vasitələrdən istifadə etməyi nəzərdə tuturuq.
Satışda olan kremlərin, maskaların və digər dəriyə qulluq vasitələrinin tərkibi müəmmalıdır. Bir çox brend 100 faiz təbii məhsul istehsal etdiklərini bildirsələr də, alimlər bunun mümkün olmadığını bildirirlər. Çünki heç bir təbii məhsulun ömrü 10-15 gündən artıq ola bilməz. Ancaq əksər qulluq və kosmetika məhsullarının yararlılıq müddəti 3 ayla 5 il arasında dəyişir.
Bu da onu göstərir ki, bahalı və ya ucuz olmasından asılı olmayaraq brendlərlə güvənmək olmaz. Dərinizə qulluq etmək, gənc və sağlam görünmək istəyirsinizsə, mütləq alternativ vasitələrdən istifadə etməlisiniz.
Bu alternativ vasitələrdən ən təsirlisi yağdır. Yağlar dərini qoruyur, hüceyrələri yeniləyir, dərini nəmlə təmin edir və yumşaldır.
Bəs, dəriyə qulluqda hansı yağlara üstünlük vermək lazımdır? Türkiyə mətbuatı bu suala aydınlıq gətirən maraqlı məlumatları bölüşür.
1.Kokos yağı
Bu yağ daha çox quru və normal dəriyə sahib olan insanlara tövsiyə edilir. Dərini yumşaldır və hüceyrələri yeniləyir. Ekzema, iltihabdan yaranan dəri problemləri zamanı effektlidir. Kokos yağı çox bərəkətli olur. Bir qab kokos yağı uzun müddət sizə bəs edəcək.
Qeyd edək ki, kokos yağının qatı halda olanı məsləhətdir.
2. Avokado yağı
Kokos yağından fərqli olaraq avokado yağının maye halında olanını alın. Otaq temperaturunda saxlamalısınız. Normal və quru dəriyə sahib olanlara məsləhətdir.
3.Arqan yağı
Arqan yağı dərini nəmləndirən ən yaxşı vasitə hesab edilir. Dəri tərəfindən dərhal əmilir. Sızanaqların qarşısını alır. Qırışları açır, yeni qırışların yaranmasına mane olur. Bir sözlə, bu yağ dərinin ən yaxşı dostudur.
4. Zeytun yağı
Qədim zamanlardan bəri qadınlar dəri gözəlliyi üçün zeytun yağından istifadə ediblər. Vitamin və antioksidantlarla zəngin olan bu yağ dərinin elastikliyini artırır. Ancaq təmiz zeytun yağından istifadə etmək lazımdır. Yemək bişirmək üçün nəzərdə tutulan zeytun yağından istifadə etmək məsləhət deyil.
loading...
Offline
  • Şərh №: 1
  • 3 iyun 2018 04:58
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Buying Cialis п»їcialis Farmacie Online Italiane

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər