Özəl:

Qırışlara qarşı ən effektiv mübarizə



Qırışlara qarşı ən effektiv mübarizə
Bütün qadınların kabusu olan qırışlardan yaxa qurtarmaq mümkün deyil. Qırışlarla mübarizə aparmaq isə həddən artıq çətindir. Ancaq yaşlı görünməyi heç kim istəmir. Əslində, adamı yaşlı göstərən qırışlara bəzən gənc qadınlarda da rast gəlinir. Bunlara mimiki qırışlar deyilir. Qırışları effektlə aradan qaldırmağa ancaq mütəxəssislər nail ola bilirlər. Biz isə onları, sadəcə, azalda və yaxud qarşısını ala bilərik. Bunun üçün gündə 1,5 litrdən az olmayaraq su içmək vacibdir. Su dərinin nəmliyini artırır və onun qocalmasını ləngidir. Bundan başqa, qırışlara qarşı kremləri indi istənilən yerdə əldə etmək olar. Kremin bahalı olması yox, sizin üzünüzə düşməsi vacibdir. Qırışlara qarşı başqa mübarizə üsulu üz gimnastikası və masajdır. Bir neçə gimnastika üsulu ilə tanış olun. İ, a, e, o, u, ı saitlərini bacardığınız qədər mimiki səsləndirin. Qaşlarınızı qaldırın və salın. Qaşlarınızı çatın. Bu zaman barmağınızı qaşlarınızın ortasına qoyun, bərk sıxmadan qırışların yaranmasına mane olun. Göz bəbəklərinizi aktiv surətdə hərəkət etdirin.

Üzü masaj edərkən ehtiyatlı olun. Unutmayın ki, düzgün olmayan masaj əks effektlər verə bilər! Masaj etməkdə qərarlısınızsa, barmaqlarınızın ucu ilə üzünüzü döyəcləməklə kifayətlənməyi məsləhət görürük
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər