Özəl:

Qarabaşaq yarmasından gözəllik maskaları



Qarabaşaq yarmasından gözəllik maskaları
Qarabaşaq yarmasının sıyığı sağlamlıq üçün çox faydalıdır. Düyüdən üz üçün gözəllik maskaları hazırlandığı kimi, qarabaşaq yarmasından da gözəllik naminə istifadə etmək olar. Qarabaşağın kosmetologiyada tez-tez istifadə olunmasını çox az adam bilir. Onun yarmasından hazırlanan skrab çox effektlidir, həm də çox faydalıdır. Digər komponentlərlə birləşdirildikdə ondan saç üçün maskalar da hazırlanır. Əsas məhsul olaraq bu maskalarda qarabaşaq unundan istifadə olunur. T
Yeniqadin.biz qarabaşaq unundan hazırlanan gözəllik maskalarını təqdim edir:
Quru dərilər üçün: 1 xörək qaşığı qarabaşaq ununu 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın, qoyun un yağı özünə tamamilə çəksin. Üzünüzə çəkdikdən sonra 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun.
Quru və həssas dərilər üçün:1 xörək qaşığı qarabaşaq unu, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı təbii yağlı kefir və bir miqdar su. Ocaqda qaynayana qədər hamısını qarışdırılır. Daha sonra soyumasını gözləyin, soyuduqdan sonra üzə çəkilir və 15 dəqiqə saxlanılır. Daha sonra ilıq su ilə yuyulur.
1 stəkan südlə yarım stəkan qarabaşaq ununu ocaqda qaynadırıq, ona bir qaşıq bal əlavə edirik. 20 dəqiqə qarışdıraraq ocaqda saxlayırıq. Daha sonra onu soyumasını gözləyirik. Soyuduqdan sonra maskanı çəkir və 30 dəqiqə saxlayırıq. Sonda soyuq su ilə yuyuruq.
Saç üçün qidalandırıcı maskalar: 4 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı limon suyu, 3 xörək qaşığı qarabaşaq unu. Hamısını qarışdırın, azacıq darçın da əlavə etmək olar. Darçın saçların tez uzamasına kömək edir. 20 dəqiqə kənarda saxlayın, daha sonra saçlarınıza çəkin, xüsusilə saçların diblərinə yeridin. 30 dəqiqə saxlayın və ilıq su ilə yuyun.
3 xörək qaşığı qarabaşaq unu, yarım stəkan ilıq süd və 1 yumurtanı qarışdırın. Maskanı saçlarınıza çəkin və 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.Bu maska yanmış və qırılan saçlara çox gözəl təsir edir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər