Özəl:

Qırışıq əllər yaşlılıq əlamətidir



Qırışıq əllər yaşlılıq əlamətidir
Əllər qadının yaşını öyrənmək üçün açıq məlumat bazasıdır. Qadının əlinin vəziyyəti onun hansı işlə məşğul olmasının da göstəricisidir.
Bəzən qadınlar əllərə qulluq etməyin nə qədər vacib olduğunu unudurlar. Həkimlər əllərin sağlam görünməsi üçün orqanizmin C, E, A vitaminlərinə olan tələbatının gündəlik ödənilməsini vacib sayır. Bundan başqa, içki içməməyi, siqaret çəkməməyi tövsiyə edirlər. Bitkilərdən dəmlənmiş çay içmək, yaxşı və kifayət qədər yatmaq nəinki əllərin, o cümlədən dərinin cavan qalmasına yardım edir.
Həkimlər əllərin cavan qalması üçün xamadan, baldan və digər yumşaldıcı vasitələrdən üz dərisi üçün hazırladığınız maska və kremlərdən əllərinizə də çəkməyi tövsiyə edir. O cümlədən paltar, qab yuyandan sonra əllərinizə dərhal krem çəkməyi unutmayın. Ümumiyyətlə, tərkibində kimyəvi maddələr olan tozlardan istifadə edərkən əllərinizə rezin əlcək geyinin. Bu, əllərin qocalmasının qarşısını alır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər