Özəl:

Parlaq və təravətli dəriyə sahib olmağın yolları



Parlaq və təravətli dəriyə sahib olmağın yolları
Normal dərinin piy təbəqəsi və nəmliyi lazımi qaydada, təmiz, hamar və təravətli olur. Onun üzərində məsamələr və yağlılıq görünmür.
Yağlı dəri çox parıldayır, limon qabığını xatırladır, qara nöqtələrlə örtülmüş, kobud, çox vaxt sızanaqlı olur.
Quru dərinin əmələgəlmə səbəbi müxtəlif olduğu üçün onun görünüşü də bir cür deyildir. Cavan yaşlarda dərinin quru olması anadangəlmə olur. Belə hallarda quru dəri zərif, nazik, parıltısız olur. Bu dəridə məsamələr görünmür, hələ cavan yaşlarda qırışmağa meyl göstərir. Çox həssas olduğundan belə dəriyə düzgün qulluq edilmədikdə qabıq verir. Havanın temperaturunun dəyişməsi bu cür dəriyə çox təsir edir; sabun, məlhəm, bəzi kremləri götürmür.
Dərinizin quru və ya yağlı olduğunu təyin etmək üçün üzünüzü yuyandan 2-3 saat sonra salfet ilə, ya da təmiz güzgü ilə yoxlayın. Əgər üzünüzə toxundurduğunuz əşyada yağ ləkəsi əmələ gəlirsə, demək dəri yağlıdır, əgər ləkə olmursa, dəri quru və ya normaldır. Qarışıq dəriyə çox təsadüf olunur. Bu, sifətin müxtəlif sahələrində yağlılığın bərabər qaydada paylanması üzündən əmələ gəlir. Adətən burunda, alında, alt çənədə dəri yağlı, gözlərin ətrafı və yanaqlarda quru olur.
Dərilərin hansı növü aid olmasından asılı olmayaraq onu qidalandırmaq lazımdır. Bunun üçün ən yaxşı vasitə maskadır. Siz maska etmək istəyirsinizsə, əvvəlcə onu kiçik bir yerə çəkib yoxlayın. Çünki bəzilərində çiyələk kimi adi bir gilə meyvə kəskin allergiya verir. Maskadan istirahət saatlarında istifadə etsəniz, onun səmərəsi daha yaxşı olar. Elə vaxt seçin ki, heç olmasa bir neçə dəqiqə uzana biləsiniz. Üzünüzü dərinizə uyğun losyon, ya da duru krem, kosmetik südlə təmizləyin, yuyun. Saçlarınızı arxaya darayın və lent ilə alnınızdan arxaya bağlayın ki, maska saçlara toxunmasın. Gözlərinizin kənarlarına barmaqların ucu ilə bir qədər xüsusi qidalandırıcı kremlərdən çəkib uzanın. Ayaqlarınız bir qədər hündür olsun deyə, altına döşəkcə qoyun. Kiçik masanın, ya da kətilin üstünə sizə lazım ola biləcək əşyaları (dəsmal, tənzif, pambıq) qoyun. Maskanı üz və boyunda 30 dəqiqəyə qədər saxlayın. Bu müddət ərzində mürgüləmək olar. Sonra maskanı silin, üzünüzü ilıq su ilə yuyun və salfeti dərinizə toxundurmaqla qurulayın. Gözlərinizin ətrafına isə yenidən qidalandırıcı krem çəkin.

Normal dəri
Normal dərini səhər sərin su ilə yumaq məsləhət görülür, bu, onu xarici qıcıqlara alışdırır. Normal dərini təmizləmək üçün hərdən (həftədə 1-2 dəfə) əl-üz sabunu ilə yumaq olar. Tərkibində duz çox olan sularda sabun pis köpüklənir. Onu yumşaltmaq üçün suya boraks, ya da çay sodası qatmaq olar. Qaynadılmış su ən yaxşı vasitədir. Əgər suyu yumşaltmağa imkan olmamışsa, onda yaş üzə yumşaldıcı krem çəkmək olar. Sonra üzünüzü qurulayıb gözlərin ətrafından başqa hər yeri azca pudralayın. Normal dərisi olanlar kremi özləri seçməlidirlər.
Yatmamışdan əvvəl üzə qulluq etmək lazımdır. Belə hallarda losyonlardan, ya da duru kremlərdən istifadə etmək olar. Üzünüz üçün krem və ya losyon seçərkən kosmetoloq-həkimlə məsləhətləşin. Düzgün seçilməmiş krem üzünüzün vaxtından əvvəl qırışmasına səbəb ola bilər.
Parlaq və təravətli dəriyə sahib olmağın ən əsas üsulu təmiz havada gəzmək, düzgün qidalanma, gün ərzində 1 litrdən az olmayaraq su içmək və yaxşı yatmaqdır. Bunlara əməl etsəniz daxiliniz kimi dəriniz də sağlam və gümrah olacaq. Bunun üçün ilk olaraq gündəlik iş rejiminizi nəzərdən keçirin. Həmçinin sizə bir neçə yardımçı məsləhətlər də verəcəyik.
Üz dərisini makiyaj vasitəsilə yaxşılaşdırmaq üçün çoxlu sayda kosmetik vasitələrə ehtiyac yoxdur. Məsələn: Cennifer Lopes məsləhət verir ki, yanaq, alın və buruna azacıq ənlik çəkin. Dodaqlara isə çəhrayı dodaq parıltısı. Gözəl görünmək üçün bu kifayət edər.
Əgər mükəmməl makiyaj edirsinizsə, üz rəngini bərabərləşdirmək üçün krem tərkibli vasitələrdən istifadə edin. Onun zərif qatı üzdəki xırda çatışmamazlıqları aradan qaldıracaq. Bundan sonra isə yanaq, alın, buruna ənlik çəkə bilərsiniz.
Sağlam xarici görünüşü al yanaqlar vurğulayır. Bunun üçün isə kirşan lazım olacaq. Açıq dəri üçün zərif-çəhrayı rəngi seçin. Tünd dəri üçün – şaftalı tonları uyğundur. Kirşanı dairəvi hərəkətlərlə dəriyə yaxşı çəkin ki, təbii görünsün.
Fəsillər arası temperatur fərqindən yaranan üz qızartılarını aradan götürmək üçün ilk növbədə dəriyə qulluq etmək lazımdır: qıcıqlanmanı aradan götürən sakitləşdirici krem və ya emulsiyadan istifadə edin. Apteklərdə bu cür xüsusi formada olan vasitələr tapa bilərsiniz. Qızartıları gizlətmək üçün isə yaşıl rəng çalarlı korrektor köməyinizə gələcək. Belə ki, qırmızı rəngi bu rəngli korrektor daha yaxşı gizlədir.
Solğunluğa qalib gəlmək müasir zamanda bir o qədər də çətin deyil. Avtozaqara müraciət edin. Belə ki, gecə kreminə bir damcı avtozaqar əlavə etməklə solğunluğu aradan qaldırmış olacaqsınız… Bundan sonra dəriniz bütün ili təravətli və yay məzuniyyətindən sonrakı görünüşü alacaq.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər