Özəl:

Evdə hazırlaya biləcəyiniz pilinqlər



Evdə hazırlaya biləcəyiniz pilinqlər
Kimyəvi məhsullar istifadə etmədən və bahalı kosmetik vasitələrə pul xərcləmədən gözəl bir cildə sahib olacaqsız. Yeniqadın.biz evdə hazırlaya biləcəyiniz möhtəşəm effektli pilinqlər təqdim edir.
Şəkərli pilinq: Gündəlik nəmləndirici kremdən 2 ovuc qədər götürüb dəmir bir qaba qoyun. Üzərinə 2 çay qaşığı qara şəkər tozu əlavə edin və qarışdırın. Çimərkən bədəninizi bu qarışımla ovun. Ardından ilıq suyla yuyun.
Qəhvə filtrindən pilinq: Qəhvə maşınının dibində toplanıb qalan qəhvə filtrini bir kənarda saxlayın. Çimərkən bədəninizə dairəvi hərəkətlərlə çəkin. Hətta sellülitli bölgəyə masaj edərək tətbiq etsəniz, sellülitin azaldığını və qüsursuz bir cidə sahib olduğunuzu görəcəksiz.
Türk qəhvəli pilinq: Gündəlik qəhvənizi içərkən fincanın dibində qalan çöküntüsünü pilinq kimi istifadə edə bilərsiz.
Bananlı pilinq: Quru dəriniz varsa, bu, tam sizə görədir. Bir ədəd əzilmiş banan, 3 qaşıq qara şəkər tozu və 1 çay qaşığı badam yağını qarışdırın. Fırçayla bədəninizə sürtün. Ardından ilıq suyla durulayın. Həftədə 2 dəfə bu pilinqi təkrarlaya bilərsiz.
Vitaminli pilinq: Məsamə sıxlaşdran və canlandırıcı bu pilinqi yay öncəsi və sonrası istifadə edə bilərsiz. Limon rəndəsi, portağal rəndəsi, dəniz duzu və uşaqlar üçün istifadə olan yağı qarışdırın. Əlinizlə, ya da süngərlə bədəninizə yayın. Həftədə 2 dəfə edin.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər