Özəl:

Soyuq havada əlləri yumşaq və hamar edən üsullar



Soyuq havada əlləri yumşaq və hamar edən üsullar
Əlləri qurutmayan təmizləyicilər istifadə edin
Əllərinizi qurutmayan təmizləyici istifadəsinə önəm verin. Hər dəfə əlləri yuduqdan sonra əllərinizin nəmini itirdiyini unutmayın. Çünki sabun əlləri tez qurudur.

İlıq su ilə yuyun
Əllərin ilıq su ilə, dəri qurutmayan sabunlarla yuyulmasına diqqət edilməlidir.

Duş saatlarını qısaldın
Duş qəbulunun vaxtı qısaldılmalıdır. Uzun sürən vanna qəbulu, dərinin daha çox nəm itirməsinə səbəb olur.

Zeytun yağı və E vitamini
Şi yağı, qliserin, zeytun yağı və vitamin E tərkibli nəmləndiricilər əl sağlamlığı üçün faydalıdır.

Mətbəxdə əlcək geyinin

Mətbəxdə tərəvəz və meyvə doğrayan zaman əlcək geyinin.

Kremlərlə baryer yaradın
Xüsusilə dəri qıcıqlandırıcı maddələrlə təmasda olan zaman dəriyə baryer effekti yaradan kremlər faydalıdır. Baryer effektli kremlər dərinin üst təbəqəsini qoruyur, nəmləndirici xüsusiyyətindən əlavə üst təbəqədə baryer əmələ gətirmə xüsusiyyətindən dolayı kimyəvi maddələrin içəri girməsini əngəlləyirlər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər