Özəl:

Dərini cavanlaşdıran payız maskası



Dərini cavanlaşdıran payız maskası
Qış mövsümündə dərinin iki qat daha artıq qulluğa ehtiyacı yaranır. Dəriyə lazım olan nəm verilməzsə, quruyur. Quruyan və qızaran dərini balqabaq maskası ilə sağlam hala gətirə bilərsiniz. Maska quru dərini nəmləndirməklə yanaşı daha parlaq və hamar edir. Tabloid.az xəbər verir ki, maska dərinin ehtiyacı olduğu A və C vitamini ehtiyatı ilə təmin edir.

Lazım olan ərzaqlar:
2 yemək qaşığı balqabaq püresi
1 yumurta ağı

Maskanın hazırlanması:

Əvvəlcə bir dilim balqabağı əzərək püre halına salın. Yumurtanın ağını balqabağın içinə əlavə edin və yaxşıca qarışdırın. Təmiz dəriyə çəkin və ən az 15 dəqiqə gözləyin. Sonra üzünüzü ilıq su ilə yuyun. Maskanı üzünüzə çəkməzdən əvvəl biləyinizə çəkib allergiyanız olub-olmadığını yoxlayın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər