Özəl:

Südlə hazırlanan 3 maska



Südlə hazırlanan 3 maska
Dərinizi gözəlləşdirmək istəyirsiniz, ancaq çöldəki tətbiqlərə verəcək pulunuzmu yox? Budur sizə evdə hazırlaya biləcəyiniz təriflər...

Süd, sağlam olduğu qədər dəri üçün də gözəlləşdirici bir təsirə malikdir. Köhnə Misir və Yunan cəmiyyətlərində süd, qadınlar tərəfindən dərini gözəlləşdirmək üçün istifadə edilərdi. Cleopatra süd duşu edərkən, Yunanlı qadınlar gözəllik üçün qatığı seçərdi. Süd, yanıq müalicələrində də istifadə edilərdi. İçərisindəki A, D və E vitaminləri ilə süd, dərinin gənc qalmasını təmin edən təbii bir nəmləndirici idi.

Romantik Şokoladlı Süd Duşu

3 fincan süd
5 yemək qaşığı təzə doğranmlş nanə
3 yemək qaşığı kakao
Yarım fincan duz
1 fincan qarğıdalı nişastası

Bütün bu vəsaitləri geniş bir kasa içərisində qarışdırın və doldurduğunuz ləyənin içinə tökün. Süd duşunuzun kefini dilədiyiniz qədər edə bilərsiniz.

Süd və Bal ilə Canlandırıcı Maska
3 yemək qaşığı süd
3 yemək qaşığı bal
1 fincan yulaf

Bütün vəsaitləri qarışdıraraq məcun konsistensiyasında bir qarışıq əldə edin. Təmizlədiyiniz üzünüzə bu maskanı tətbiq edin və barmaq uclarınız ilə masaj edin. Üzünüzü bir neçə dəqiqə sonra ilıq su ilə durulayın.

Rahatlaşdırıcı Təmizləmə Losyonu

1 ədəd çobanyastığı çayı paketi
2 yemək qaşığı bal
1 kiçik xiyar
1 yemək qaşığı süd

Bir fincan çobanyastığı çayı hazırlayın və soyumağa buraxın. Dilimlədiyiniz xiyarların çəngəl köməyi ilə suyunu çıxarın. Bal və südü xiyar suyuna əlavə edin. Əldə etdiyiniz losyonu pambıq köməyi ilə üzünüzə çəkin. Ardından üzünüzü soyuyan çobanyastığı çayı ilə yuyun.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər