Özəl:

Kosmetik vəsaitlərinizi evinizdə hazırlayın



Kosmetik vəsaitlərinizi evinizdə hazırlayın
DAHA AĞ DİŞLƏR
Çiyələk dərimiz üçün inanılmaz faydalı bir meyvədir. C vitamini baxımından da zəngin olan çiyələk eyni zamanda peeling üçün də istifadə edilə bilər və dəriyə parlaqlıq verər. Amma çiyələkli maskanı daha ağ dişlər üçün də tətbiq edə bilərsiniz.
1 yemək qaşığı püre halına gətirilmiş çiyələk, 1 yemək qaşığı qabartma tozu, yarım çay qaşığı limon suyu 1 çay qaşığı diş pastası ilə dişlərinizi həftədə bir dəfə 5 dəqiqə fırçalayın. Yaxşıca durulayın.

AVOKADO İLƏ GÖZƏLLƏŞİN
Avokadonun içindəki A vitamini dəriyə parlaqlıq verər, ayrıca yağlı bir meyvə sayılan avokadonun içindəki bu yağlar dərinizi nəmləndirməyə köməkçi olacaq. Avokado ilə edə biləcəyiniz tərifi saçınıza da dərinizə də tətbiq edə bilərsiniz.
Rəndələdiyiniz bir ya da iki ədəd avokadonu 1 yemək qaşığı bal və 1 yemək qaşığı badam yağı ilə qarışdırın. Saçınıza çəkəksinizsə bir kalqa ilə örtə bilərsiniz. Ardından 15 dəqiqə gözləyin və durulayın.

KAKAO VƏ BANAN
Banan üz, saç, bədən üçün faydalı ola biləcək antioksidanlar ehtiva edir.
Yarım fincan kakao yağı, 1 ədəd rəndələnilmiş banan, 2 yemək qaşığı fındıq yağı, 1 yumurta, 2 yemək qaşığı krem, 1 çay qaşığı dolusu əsmər şəkər və bir az darçını qarışdırıb bütün bədəninizə çəkərək 15 dəqiqə gözlədə bilərsiniz. Daha sonra durulayın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər