Özəl:

Dəriniz maya ilə gözəlləşsin



Dəriniz maya ilə gözəlləşsin
Antik Misir dövründə qadınlar gözəlləşmək üçün mayanı dərilərinə sürtərlərmiş. Bundan başqa mayanın mikrob öldürücü özəlliklərini də kəşf edib yara məlhəmi kimi istifadə edirdilər.

Mayadakı vitamin və minerallar dərinin hər növ ehtiyacını qarşılaya bilir. Xüsusən sızanaqlı dərilər üçün çox faydalıdır. Qaraciyəri toksinlərdən təmizləyir və dəridəki çox yağlanmanın qarşısını alır.

Gözəlliyin sirri həqiqətən də mayada gizlidir. Onu masaj edərək saçlarınıza, dərinizə , əllərinizə sürtə bilərsiz.
Gözəlliyiniz üçün çox böyük əhəmiyyəti olan mayanı mətbəxdən əskik etməyin.

Maya ilə hazırlanan maskalar problemli dəriləri sağaldır. 

2 xörək qaşığı yaş mayanı 1 kasaya töküb üzərinə 1 xörək qaşığı ilıq su əlavə edin və qatı bir krem halına gələnə kimi qarışdırın. Göz və ətrafları istisna olmaqla bütün üzünüzə əllərinizlə masaj edərək sürtün. 10 dəqiqə qurumasını gözləyin. Sonra üzünüzü nəm pambıqla silin. Ardından ilıq su, sonra soyuq suyla yuyun və nəm bir dəsmalla tampon edirmiş kimi üzünüzü silin. 20 yaşlılar ayda 1, 30 yaşlılar 15 gündən bir, 40 yaşlılar həftədə 1, 50 yaşlılar həftədə 2, ya 3 dəfə bu maskanı təkrar edə bilər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər