Özəl:

Praktik gözəllik maskaları



Praktik gözəllik maskaları
Gizli Sızanaq Yox edici
Vəsaitlər: Bir paket quru maya və su.
Maskanın hazırlanması: Mayanı bir qaba qoyun və üzərinə damcı - damcı su əlavə edin. Bunu edərkən hər damlanın ardından çox yaxşı qarışdırmağa diqqət edin. Orta sıxlıqda bir məcun konsistensiyasına çatdığında hazır olmuş deməkdir.

Maskanın tətbiqi:
Hazırladığınız bu qarışığı partlamış ya da partlamaq üzrə olan sızanaqlarınıza nöqtə-nöqtə vurun. İstər yüzünüz, istəsəni, də bədəniniz üçün istifadə edə biləcəyiniz bu qarışıq 30 saniyədə quruyacağı üçün rahatlıqla yatağınıza girib maskanızla yata bilərsiniz.

Nəticə: Maya bakteriyaları öldürdüyündən sızanaqları da yox etmə gücünə malikdir. Beləcə illərdir döyüşdüyünüz sızanaqlarınızdan asanlıqla xilas ola bilərsiniz.

 

Kremli Yaşıl Çay Maskası
Vəsaitlər: 1 ədəd paket yaşıl çay, 2 yemək qaşığı turş krem, bir ədəd yumurta sarısı, 1 çay qaşığı zeytunyağı, 1 çay qaşığı bal.

Maskanın hazırlanması:
Bir stəkanın dörddə biri qədər suyun içərisində paket yaşıl çayı, 1 yemək qaşığı su qalana qədər qaynadın və bunu soyuducunda 15 dəqiqə qədər soyumağa buraxın. Bu sırada digər bütün vəsaitləri 30-60 saniyə qədər çırpın. 15 dəqiqə sonra, soyumuş suyu bu qarışığa əlavə edin.

Maskanın tətbiqi: Hazırladığınız qarışığı, əvvəldən təmizlənmiş və peeling tətbiq olunmuş dərinizə çəkin. Maskanı 15 dəqiqə üzünüzdə gözlədin. Bu çox yumşaq bir maska olduğundan qurumayacaq. İfadə edilən müddətin ardından ilıq suyla üzünüzü yaxşıca yuduqdan sonra tonik və nəmləndirici ilə dəri baxımınızı tamamlayın.

Nəticə: Bu vəsaitləri istifadə etdikdən sonra dəriniz bir daha köhnəsi kimi olmayacaq. Artıq daha canlı və daha parlaq bir dərinin dadını çıxarmağa hazır olun. Yaşıl çayın antioksidan təsiri, turş kremin zəngin yağı və zülal tərkibi ilə həssas dəriniz ipək kimi bir görünüş qazanacaq.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər